İlham Əliyev Barak Obamanı doğum günü münasibətilə təbrik edib

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə və ədalətli həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizin nəticələr verəcəyinə ümidvarıq”

Source:


“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə və ədalətli həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizin nəticələr verəcəyinə ümidvarıq”

Azərbaycanın dövlət başçısı İlham Əliyev ABŞ prezidenti Barak Obamanı doğum günü münasibətilə təbrik edib.

Məktubda qeyd olunur ki, Azərbaycanla ABŞ-ı dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasbətləri birləşdirir.

“Qlobal təhdidlərə və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin təmin edilməsində, ən qaynar nöqtələrdə sülhyaratma missiyasında birgə iştirakımız tərəfdaşlığımızın mühüm amillərindəndir”, – məktubda vurğulanır.

İ.Əliyev B.Obamanın ikitərəfli münasibətlərin inkişafına, qarşılıqlı fəaliyyətin genişlənməsinə verdiyi  töhfəni dəyərləndirib.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə və ədalətli həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizin nəticələr verəcəyinə ümidvarıq. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”, – məktubda bildirilib.

Ana səhifəXəbərlərİlham Əliyev Barak Obamanı doğum günü münasibətilə təbrik edib