İlham Əliyev: Bakıda azı 100-dən çox yaşayış binasının tikintisi nəzərdə tutulur

İqtisadçı: ”Həmin layihələri dövlət büdcəsi hesabına gerçəkləşdirmək mümkün deyil”

Source:


İqtisadçı: ”Həmin layihələri dövlət büdcəsi hesabına gerçəkləşdirmək mümkün deyil”

Dekabrın 24-də Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəbin təməlqoyma mərasimi keçirilib.

Tədbirdə çıxış edən prezident 2017-ci ildə paytaxtda bu istiqamətdə azı 60 binanın inşa ediləcəyini deyib:

““Ağ Şəhər” layihəsində yaşayış binalarının tikintisi sürətlə gedir. Bura “MİDA” layihəsini də əlavə etsək, görərik ki, gələn il Bakı şəhərində ən azı 100-dən çox yaşayış binasının tikintisi nəzərdə tutulur. Bu da minlərlə, on minlərlə iş yerinin yaradılması, inşaat sektorunun canlanması və Bakımızın daha da gözəlləşməsi deməkdir”,- İlham Əliyev belə deyib.

Qadir İbrahimli foto Meydan TV

İqtisadçı Qadir İbrahimli Meydan TV-yə deyib ki, nəzərdə tutulan işlərin maliyyə mənbələri açıqlanmadığına görə, bu barədə detallı şərh vermək mümkün deyil. Amma həmin layihələri dövlət büdcəsi hesabına gerçəkləşdirmək mümkün deyil. Əgər prosesə SOCAR, Dövlət Neft Fondu və başqa iri dövlət şirkətləri cəlb olunsa, nəzəri baxımdan layihələr reallaşa bilər:

Qadir İbrahimli düşünür ki, tikinti şirkətlərinin prosesə qoşulması şərtlərdən asılı olacaq. Şərtlər əlverişli olacaqsa, onlardan qeyri-rəsmi ödənişlər tələb olunmayacaqsa, şirkətlər öz vəsaitləri hesabına layihəni reallaşdıra bilərlər.

Ana səhifəXəbərlərİlham Əliyev: Bakıda azı 100-dən çox yaşayış binasının tikintisi nəzərdə tutulur