Emin Məmmədov "Əməkdar incəsənət xadimi”dir
Emin Səlhab oğlu Məmmədov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib.
Bu barədə Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncam Prezidentin rəsmi saytı dərc edilib.
Emin Məmmədov 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
Bundan öncə "Azərxalça” ASC-nin İdarə heyətinin sədri Vidadi Muradov olub.
O, bu il yanvarın 9-da həbs edilib və ona CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
2021-ci il yanvarın 10-da İlham Əliyev onu "Azərxalça” ASC-nin İdarə heyətinin sədri vəzifəsindən azad edib.