“İlham Əliyev Azərbaycanın Avropa Şurasında sədrliyi dövründə ölkədə görünməmiş repressiyalar təşkil edib”

“Sərhədsiz reportyorlar” Xədicə İsmayılın azadlığa buraxılması tələbilə imza kampaniyasına başlayıb

Source:


“Sərhədsiz reportyorlar” Xədicə İsmayılın azadlığa buraxılması tələbilə imza kampaniyasına başlayıb

“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə mərkəzi jurnalist Xədicə İsmayılovın azadlığa buraxılmasını tələb edən müraciətə imza toplanmasına başlayıb.

Uzun illərdir X.İsmayıl prezident klanının korrupsiya biznesini araşdırır. Jurnalistin həbsi ərəfəsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev onu xəyanətkar və xarici agent adlandırıb.

“KİV-də plüralizmin məhvi üzrə səylər çərçivəsində İlham Əliyev hökuməti onu həmkarını özünü öldürmə həddinə çatdırmaq ittihamı ilə həbs edib. Bu ittiham, həmçinin əvvəlki ittihamlar absurddur.

X.İsmayıl, həmçinin digər doqquz jurnalist və beş bloger peşə fəaliyyətinə görə həbsə alınıblar. “Sərhədsiz reportyorlar” onların dərhal və şərtsiz azadlığa buraxılmasına çağırır”, – təşkiların bəyantında deyilir.

“Tanınmış jurnalist Xədicə İsmayılı həbs etməklə Azərbaycan hakimiyyəti informasiya azadlığına  inananlara və insan hüquqlarına böyük zərbə vurub”, – deyə təşkilatın rəhbəru Kristof Delor bildirib.

O bildirib ki, İlham Əliyev hökuməti Azərbaycanın Avropa Şurasında sədrliyi dövründə ölkədə görünməmiş repressiyalat təşkil edib və indi də özünü tam cəzasız hiss edir.

X.İsmayılın araşdırmaları ən çox İ.Əliyevin qızlarının Azərbaycanda 3G inhisarına sahib Azercell mobil operatoruna sahib olmaları, Çovdar qızıl mədəninin Əliyevlər ailəsinə məxsus olmasına aid olub. Bu mədənin işlənməsi zamanı ekologiyaya ciddi ziyan dəyib, yerli sakinlərdən isə topraq dəyər-dəyməzinə alınıb.

2013-cü ildə X.İsmayıl beynəlxalq araşdırmaçı-jurnalist konsorsiumunun araşdırmalarında iştirak edib. Müəyyən edilib ki, prezidentin ailəsi Virciniya adalarında qeydiyyata alınmış bir çox şirkətə sahibdir. Bu şirkətlər Bakıda tikinti ilə bağlı sərfəli müqavilələr əldə ediblər.

Bütün bu müddətdə X.İsmayıl təqib və qarayaxmalara məruz qalıb. Ona qarşı casusluq, böhtan ittihamları irəli sürülüb. Oktyabrda ölkədən çıxışına qadağa qoyulub və sonra da həbs olunub.

Azərbaycanda hüquq müdafiəçilərinin əksəriyyəti həbs olunduqdan sonra X.İsmayılova siyasi məhbusların siyahısını hazırlamaqda, insan hüquqlarının pozulması ilə bağlı beynəlxalq birliyi məlumatlandırmaqda, siyasi məhbusların ailələrinə yardım göstərməkdə davam edib (Turan İA).

Ana səhifəXəbərlər“İlham Əliyev Azərbaycanın Avropa Şurasında sədrliyi dövründə ölkədə görünməmiş repressiyalar təşkil edib”