İlham Əliyev: Azərbaycanda dözümlülük həyat tərzidir

Rauf Mirqədirov: “Ölkədə siyasi dözümlülük çox aşağı səviyyədədir”

Source:
İlham Əliyev
İlham Əliyev
İlham Əliyev
İlham Əliyev


Rauf Mirqədirov: “Ölkədə siyasi dözümlülük çox aşağı səviyyədədir”

Bakıda martın 15-də “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

Tədbirdə, həmçinin Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak edirlər.

Prezident İlham Əliyev bildirib ki, tədbir çərçivəsində beynəlxalq münasibətlərin gündəliyinin ən vacib məsələləri müzakirə ediləcək:

“Məqsədimiz sabitliyin, təhlükəsizliyin xalqlar arasında qarşılıqlı birgə yaşamanın gücləndirilməsinə yönəlib. Azərbaycanda dözümlülük həyat tərzidir”, – ölkə başçısı deyib.

Prezidentin “Azərbaycanda dözümlülük həyat tərzidir” açıqlaması diqqət çəkib.

Meydan TV İlham Əliyevin son cümləsi ilə bağlı politoloqlara və siyasi xadimlərə sorğuyla müraciət edib.

Mühacirətdə yaşayan siyasi icmalçı Rauf Mirqədirov hesab edir ki, əgər söhbət Azərbaycan xalqının, türkdilli millətlərin keçdiyi tarixi inkişaf yolundan gedirsə, prezidentin haqlı olduğunu düşünmək olar.

“Ümumiyyətlə, xarici təhlükəni, yaxud məhv olmaq təhlükəsini hiss etməyən xalqlar dözümlü olurlar. Məsələn, Bakıda başqa millətlərin və dini təriqətlərin nümayəndələrinin yaşaması heç vaxt xüsusi qıcıq doğurmayıb. Bu, millətimizin keçdiyi təşəkkül yolunun nəticəsidir. Amma digər halları nəzərə aldıqda, Azərbaycan xalqı başqa millətlərdən xüsusi fərqlənmir”.

Rauf Mirgadirov

Siyasi-sosial dözümlülük səviyyəsinə gəldikdə, R.Mirqədirov bildirib ki, Azərbaycan bu mənada çox geridə qalır və siyasi dözümlülük çox aşağı səviyyədədir.

“Bunun üçün xüsusi təhlil açmaq və dərin analtik fikirlər söyləməyə ehtiyac yoxdur. Baxın, son 25 ildə nəinki hakimiyyət dəyişməyib, hətta ciddi siyasi müxalifəıtin yaranmasına imkan verilməyib. Bu, siyasi dözümlülüyün hələ üzdə olan səviyyəsidir, ona görə dərinə getdikdə, daha başqa qatlar açılacaq”.

ReAL İdarə Heyətinin üzvü Azər Qasımlıın sözlərinə görə, prezident bu çıxşıyla mesaj verir ki, ölkədə durumun pis olmasına baxmayaraq vəziyyət dözülməz hədd deyil.

“Müxalifət nə qədər etiraz etsə də, insanları mitinqlərə çağırsa da, əhali aksiyalara qatılmır. Yəni bıçaq sümüyə dirənməyib”.

Azər Qasımlı düşünür ki, Əliyevin bu açıqlaması həm də ölkədə iqtisadi vəziyyətin yaxşı olmadığının etirafıdır:

“İlk dəfədir prezidentdən belə bir etiraf eşitdik. Psixoloji tərəfinə gəldikdə, prezident daxilində düşündüklərini ictimaiyyətlə bölüşür. Hər halda ölkə başçısı vəziyyətin yaxşı olmasını, problemlərin onu narahat etdiyini düşünür. Əslində, hakimiyyətin narahatlığına işarə vurur”.

Ana səhifəXəbərlərİlham Əliyev: Azərbaycanda dözümlülük həyat tərzidir