İlham Əliyev: Azərbaycan regionda ən böyük hərbi potensialı olan ölkədir

”Bölgədə ilk mötəbər beynəlxalq müdafiə sərgisi də məhz Bakıda keçirilib”

Source:


”Bölgədə ilk mötəbər beynəlxalq müdafiə sərgisi də məhz Bakıda keçirilib”

İlham Əliyev II Azərbaycan beynəlxalq müdafiə sərgisinin (ADEX) iştirakçılarına məktub göndərib.

Məktubda o, daim dəyişən dünyada dövlətlərin intensiv şəkildə təhlükəsizlik çağırışları ilə üzləşdiyindən, bu istiqamətdə həyata keçirilən tədbirlərdən və hərbi-texniki əməkdaşlıq, müasir texnologiyaların və təhlükəsizlik vasitələrinin mübadiləsi məsələlərinin aktuallığından danışıb:

“Ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş xarici təcavüz və terrorizmin nəticəsi olaraq, Azərbaycan dövləti təhlükəsizlik sisteminin möhkəmləndirilməsini və dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır. Qəbul edilmiş Hərbi Doktrina beynəlxalq müstəvidə ümumbəşəri prinsip və normaları rəhbər tutan Azərbaycanın həm müdafiə potensialını, həm də dost və tərəfdaş dövlətlərlə əlaqələrini gücləndirib. Azərbaycan hazırda regionda ən böyük hərbi potensialı olan ölkədir. Bölgədə ilk mötəbər beynəlxalq müdafiə sərgisi də məhz Bakıda keçirilib”.

Prezident daha sonra əlavə edir:

“İnanıram ki, iştirakçısı olduğunuz sərgi hərbi-texniki əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu məkan kimi müasir təhlükəsizlik çağırışlarına cavab verən yeni yanaşmalara, xüsusilə müdafiə sənayesi sahəsində mühüm təşəbbüslərə yol açacaq və yeni imkanlar üzə çıxaracaqdır. Hər birinizə gələcək işlərinizdə uğurlar, ölkələrinizə sülh və əmin-amanlıq arzulayıram”.

Ana səhifəXəbərlərİlham Əliyev: Azərbaycan regionda ən böyük hərbi potensialı olan ölkədir