İlham Əliyev: Azad edilmiş ərazilərdə peşə məktəblərinə ehtiyac var

İlham Əliyev onu da vurğulayıb ki, beynəlxalq mətbuatda bu günə qədər II Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir

Source: Specify Source


"Türkiyənin dəstəyinə ümid edirik"

"Azad edilmiş torpaqlarda ixtisaslar üzrə, o bölgələrin potensialına uyğun olaraq peşə məktəbləri yaradılmalıdır".

Bu açıqlamanı Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də Türkiyənin milli təhsil naziri Ziya Selçuku qəbul edərkən səsləndirib.

Dövlət başçısı Azərbaycanın bu məsələdə Türkiyənin dəstəyinə ümid etdiyini bildirib: "Peşə təhsili ilə bağlı işlər davam edir. Buna çox böyük ehtiyac var. Xüsusilə, Azərbaycan bu gün böyük quruculuq işlərinin astanasındadır və həm azad edilmiş torpaqlarda, həm də bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması çox böyük önəm daşıyır. Ona görə azad edilmiş torpaqlarda ixtisaslar üzrə, o bölgələrin potensialına uyğun olaraq peşə məktəbləri yaradılmalıdır. Əlbəttə ki, biz Türkiyənin dəstəyinə ümid edirik".

İlham Əliyev onu da vurğulayıb ki, beynəlxalq mətbuatda bu günə qədər II Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir: "Ona görə real həqiqətləri, həqiqətə əsaslanmış bu tarixi biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq. Ümid edirəm ki, Türkiyənin tarix dərsliklərində də bu məsələ öz əksini tapacaq. Xüsusilə, nəzərə alsaq ki, Türkiyə müharibənin ilk saatlarından Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərib".

"Mən artıq göstəriş vermişəm ki, təhsil proqramlarımızda, məktəblərdə və ali məktəblərdə, universitetlərdə tarix dərsliklərinə II Qarabağ müharibəsi mövzusu mütləq salınsın'', – İlham Əliyev belə deyib.

Ana səhifəSosialİlham Əliyev: Azad edilmiş ərazilərdə peşə məktəblərinə ehtiyac var