İlham Əliyev ATƏT-i hədəfə aldı

“ATƏT öz mandatını kobud şəkildə pozaraq parlament seçkilərini müşahidə etməmək barədə qərar qəbul edib”

Source:


“ATƏT öz mandatını kobud şəkildə pozaraq parlament seçkilərini müşahidə etməmək barədə qərar qəbul edib

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərilsə də, lakin həmin qurum bu məsələni ATƏT Parlament Assambleyasının daimi komitəsində müzakirəyə çıxarmadan və ATƏT-in baş katibini məlumatlandırmadan öz mandatını kobud şəkildə pozaraq parlament seçkilərini müşahidə etməmək barədə qərar qəbul edib”

Bu bəyanatı prezident İlham Əliyev noyabrın 1-də Malta parlamentinin spikeri Anqlu Farucanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən səsləndirib.

Trend-in məlumatına görə, prezident İlham Əliyev Malta parlamentinin spikeri Anqlu Faruca ilə Azərbaycan arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu və əlaqələrimizin gücləndirilməsinin zəruriliyini vurğulayıb. Anqlu Faruca Azərbaycana səfərlərini, həmçinin 4 il bundan əvvəlki ATƏT və Avropa Şurasından olan nümayəndə heyətinin tərkibində Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb.

Ana səhifəXəbərlərİlham Əliyev ATƏT-i hədəfə aldı