Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi yaradıldı
Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu ləğv edilib.
Bu barədə Prezident İlham Əliyev mayın 19-da fərman imzalayıb.
Fərmana əsasən, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi yaradılıb.
Bildirilib ki, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsə çevrilməklə yenidən təşkil ediləcək.
Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayevadır.
Hüquq və İnsan Haqları İnstitutu 1999-cu ildə yaradılmışdı.