İlham Əliyev ABŞ Dövlət Departamentinin nümayəndə heyətilə görüşüb

Amos Hokstayn “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasına dəvət olunmasından məmnunluğunu ifadə etdi

Source:


Amos Hokstayn “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasına dəvət olunmasından məmnunluğunu ifadə etdi

Prezident İlham Əliyev fevralın 29-da ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının Bakıda keçirilən ikinci iclasının layihənin icrası ilə bağlı məsələlər ətrafında birgə müzakirələrin aparılması üçün uğurlu format olduğunu qeyd etdi. Prezident İlham Əliyev ABŞ hökumətinin layihəyə göstərdiyi dəstəyin əhəmiyyətini qeyd edərək, Amos Hokstaynın bu tədbirdə iştirakının önəmini vurğuladı. Dövlət başçısı tədbirin yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu bildirdi.

ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasına dəvət olunmasından məmnunluğunu ifadə etdi.

Ötənilki iclasın səmərəli keçdiyini vurğulayan Amos Hokstayn builki tədbirin layihə üçün önəmli olan indiki dövrdə baş tutmasının əhəmiyyətini qeyd etdi. O, layihənin icrası istiqamətində qarşıda duran müxtəlif məsələlər ətrafında birgə fikir mübadiləsi aparılması üçün iclasın yaxşı imkan yaratdığını vurğuladı.

Ana səhifəXəbərlərİlham Əliyev ABŞ Dövlət Departamentinin nümayəndə heyətilə görüşüb