İlham Əliyev 4 rayon və bir şəhərə yeni icra başçısı təyin edib

Prezidentin sərəncamları ilə Suraxanı, Yasamal, Zərdab, Şirvanın icra başçıları İlqar Namaz oğlu Abbasov, Əziz İmran oğlu Əzizov, Lütvəli Babəli oğlu Babayev, Mərdan Talıb oğlu Camalov tutduqları vəzifələrdən azad ediliblər.

Source: President.az


Prezident rayonlarda yerdəyişmələr edib

Prezident İlham Əliyev noyabrın 12-də 4 rayon və bir şəhərə yeni icra başçısı təyin edib.

Prezidentin sərəncamları ilə Suraxanı, Yasamal, Zərdab, Şirvanın icra başçıları İlqar Namaz oğlu Abbasov, Əziz İmran oğlu Əzizov, Lütvəli Babəli oğlu Babayev, Mərdan Talıb oğlu Camalov tutduqları vəzifələrdən azad ediliblər.


Əziz Əzizov

Yasamal rayon icra başçısı vəzifəsinə 2018-ci il fevralın 2-də təyin edilmişdi.

İlham Əliyev İlqar Abbasovu Şirvan şəhərinə, Mərdan Camalovu Zərdab rayonuna, Əziz Əzizovu Suraxanı rayonuna icra başçısı təyin edib.

Yasamal rayonu icra başçısı vəzifəsinə isə deputat Elşad Eldar oğlu Həsənov təyin edilib.

Dövlət başçısı Xətai rayonu icra başçısının müavini Rafiq Çəpərxan oğlu Quliyevi həmin rayonun icra başçısı vəzifəsinə təyin edib.

Ana səhifəSiyasətİlham Əliyev 4 rayon və bir şəhərə yeni icra başçısı təyin edib