20.06.
4 min 646 hərbçi
“Laçının azad olunmasına görə” medalı ilə təltif edilib. Onların 180 nəfəri ölümündən sonra medala layiq görülüb. Dövlət başçısı İlham Əliyevin imzaladığı
sərəncam
da 5 polkovnikin, 39 polkovnik-leytenantın və yüzlərlə müxtəlif rütbəli hərbçinin adı qeyd olunub.
Noyabrın 30-da Azərbaycan ordusu Laçın rayonuna daxil
olub
.
***
17.42.
154 hərbçi ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Bu barədə dövlət başçısının imzaladığı
sərəncam
da qeyd olunub. Sərəncamda general-leytenant Hikmət Mirzəyevin, 15 polkovnikin, yüzlərlə müxtəlif rütbəli hərbçinin adı var. Ümumilikdə, 4 min 646 hərbi qulluqçu təltif edilib.
Azərbaycan ordusu noyabrın 25-də Kəlbəcər rayonuna daxil
olub
.
***
16.02.
7 hərbçi ölümündən sonra “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib. Ölkə başçısı İlham Əliyevin imzaladığı
sərəncam
da belə qeyd olunub. Sənəddə general-leytenant Kərim Vəliyevin və 15 polkovnikin adı yer alıb. Ümumilikdə, 2 min 267 hərbi qulluqçu təltif olunub.
Azərbaycan ordusu Ağdam rayonuna noyabrın 20-də daxil
olub
.
14.51.
285 hərbçi ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalıyla təltif edilib. Prezident İlham Əliyevin imzaladığı
sərəncam
da general-leytenant Hikmət Mirzəyevin, general-polkovnik Mayis Bərxudarovun, general-mayorlar Zaur Məmmədovun , Kənan Seyidovun, Ağamir Suktanovun adları var. Ümumilikdə, "Şuşanın azad olunmasına görə" medalı 4 min 646 hərbçiyə təqdim edilib.
Şuşa şəhər noyabrın 8-də azad
edilib
.
***
13.46.
220 hərbçi ölümündən sonra “Qubadlının azad olunmasına görə” medalıyla təltif
edilib
.
Dövlət başçısı İlham Əliyevin bu gün imzaladığı sərəncamda Azərbaycan Milli Qəhrəmanı, polkovnik Şükür Həmidov da ölümündən sonra “Qubadlının azad olunmasına görə” medalıyla təltif edilib.
O cümlədən general-leytenantlar Hikmət Mirzəyev, Kərim Vəliyev, general-mayorlar Mayis Bərxudarov, Mübariz Rzayev, Ağamir Sultanov medalla təltif olunanlar arasındadır. Ümumilikdə, 9 min 377 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Oktyabrın 25-də Azərbaycan ordusu Qubadlı şəhərini işğaldan azad
edib
.
***
Onlar “Suqovuşanın azad olunmasına görə” medalıyla təltif ediliblər
159 hərbçi ölümündən “Suqovuşanın azad olunmasına görə” medalıyla təltif edilib.
Prezident İlham Əliyevin
sərəncam
ına əsasən, dekabrın 29-da “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunanlar arasında 2 general-mayor, 16 polkovnik, 69 polkovnik-leytenant, 85 mayor, 74 kapitan, baş leytenent, baş gizir, çavuş və yüzlərlə əsgər var. Ümumilikdə, 3 min 572 hərbçi mükafatlandırılıb.
Dövlət başçısı 9, 15, 25 dekabr tarixlərində Cəbrayılın, Xocavəndin, Füzulinin və Zəngilanın azad olunması ilə bağlı hərbçi qulluqçuları
mükafatlandırmışdı
.
Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.
44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.
İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliyin azad olunduğu bildirilir.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb.
Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.