Gəncə inanclıları həbsi Hacı Vüqarın ictimai fəaliyyəti ilə əlaqələndiriblər
Gəncədən islamazeri.az saytına verilən məlumata görə, “Furqan” İB-nin sədri, ilahiyyatçı Hacı Vüqar İsgəndərov noyabrın 19-da günorta saatlarında mülki geyimli polis əməkdaşları tərəfindən polis idarəsinə aparılıb.
O, polisdə dindirildikdən sonra Nizami rayon məhkəməsinə göndərilib. Məhkəmə isə ilahiyyatçıya İnzibati Xətalar Məcəlləsinə əsasən 20 sutka həbs qərarı verib. Gəncə inanclıları bu həbsin Hacı Vüqarın ictimai fəaliyyəti və apardığı uğurlu maarifçilik addımları ilə əlaqələndiriblər.