İ
lkin h
ə
bs q
ə
rar
ı
haqda
ş
ikay
ə
t art
ı
q Avropa M
ə
hk
ə
m
ə
sin
ə
g
ö
nd
ə
rilib
Noyabrın 8-də Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan və Cinayət Məcəlləsinini 274-cü maddəsi ilə təqsirləndirilən Ceyhun Cəfərovn barəsində bu gün növbəti dəfə həbsdə saxlama müddətinin uzadılması təqdimatına baxılıb. Təqdimat Cinayət Prosessual Məcəlləsinini 159.3-cu maddəsinin tələblərinin pozulması ilə verilib. Belə ki, həbs müddətinin bitməsinə azı beş gün əvvəl verilməli olmasına baxmayaraq iki gün qalmış verilib.
Bu barədə öz Facebook səhifəsində yazan vəkil Cavad Cavadov məhkəmənin vəsatətlərini təmin etmədiyini qeyd edib.
“Məhkəmədən ittihamın qanunsuz və əsassız olmasını, heç bir sübutla təsdiq olunmadığını və iklin sübutların tələb edilməsinə dair vəsatətimiz, o cümlədən həmin iş üzrə keçən Elşən Mustafayevin dindirilməsinə dair vəsatətlərimiz təmin edilmyib. İttiham o dərəcədə qondarmadır ki, indiyə kimi müdafiə tərəfinə onun faktiki və hüquqi tərəfləri aydın deyil. Həbsin uzadılması üçün istintaq orqanı ciddi əsaslar göstərə bilmir və Ceyhun Cəfərovla bağlı hər hansı istintaq hərəkəti aparılmır. Məhkəmə təqdimatı təmin edərək həbs müddətini 26 yanvar 2016-cı il tarixə kimi uzatdı”,-deyə vəkil yazıb.
Vəkil bildirib ki, ilkin həbs qərarı haqda şikayət artıq Avropa Məhkəməsinə göndərilib. Lakin bu işin elə istintaq orqanında xitam veriləcəyinə hələ ümidlər tükənməyib.
Cəfərov Ceyhun Məmməd Əli oğlu nüfuzlu ilahiyyətçilərdəndir. Onun fəaliyyəti dini mərasimlərdə moizələr söyləmək, dini tədris həyata keçirmək və dini kitabların azərbaycan dilinə tərcüməsi çərçivəsində olub. Ərəb və fars dillərindən bir çox kitabların tərcüməsi üçün “Təkamül” tərcümə mərkəzi yaradıb. Tərcümə elədiyi ən məşhur kitablar: 20 cildən 7-si tərcümə olunan “Əl-Mizan” təsviri (müəllif: Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai) , “İslamda əxlaq” (müəllif Ayətullah Məhəmmədrza Məhdəvi Kəni) və onlarla digər kitabların tərcümə müəllifidir. Bunun üçün “Təkamül” tərcümə mərkəzini yaradıb. Eyni zamanda, o bütün islam dünyasında böyük uğur və rəğbət qazanmış, SPACE telkanalında yayımlanmış “Həzrəti Yusif” filminin azərbaycan dilinə dublyaj olunmasında iştirak edib. Bundan başqa o bir sıra filmlərin dublyaj olunmasında iştirakçı olub. Bundan əlavə o bir sıra saytların yaradıcısı idi: “quranevi.az”, “tekamulteam.az”, “islamaz.com” və “imamzaman.az”. Ceyhun Cəfərovun məqsədi ənənəvi islam dininin insanlara çatdırılması və radikal dini təriqətlərə qarşı mübarizə olmuşdur. 2008-ci ildə o Azərbaycan İslam Universitetini bitirmiş, tələb olduğu vaxtlarda həmin universitetdə “İslam Əxlaqı” mövzusunda tədrislə məşğul olmuşdur.
Azərbaycan dilindən başqa, rus, ərəb, fars dillərini bilir.
Ceyhun Cəfərov 10 mart 2015-ci il tarixdə Milli Təhlükəsizlik Nazirliyinə Elşən Mustafayevin cinayət işi üzrə dəvət olunur və həmin gün şübhəli şəxs qismində saxlanılır, sonra ona Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham elan olunur.