İl ərzində sürücülər 85,4 mln. manat cərimə edilib

“Avtomobili sərxoş idarəetməyə görə 18 nəfər ölüb, 34 nəfər yaralanıb”

Source:
Polis
Polis
Polis
Polis


“Avtomobili sərxoş idarəetməyə görə 18 nəfər ölüb, 34 nəfər yaralanıb”

2016-cı ildə ölkənin avtomobil yollarında 2015-lə müqayisədə 9,6 faiz az yol-nəqliyyat hadisəsi olub.

Məlumatı Dövlət Statistika Komitəsi yayıb. Hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı da əvvəlki ilə nisbətən 12,6 faiz azalıb. 2762 nəfər olduğu bildirilir:

“Onlardan 759-u həlak olub, 2003-ü isə yaralanıb. Hadisələrin 44 faizi gündüz, 36,4 faizi gecə, 19,6 faizi isə toran vaxtı baş verib. 28,7 faizi həftənin şənbə və bazar günlərində olub”.

Məlumatda qeyd edilib ki, yol-nəqliyyat hadisələrinin 87 faizi yaşayış məntəqələrində baş verib. Bu hadisələr nəticəsində həlak olanların sayı 2015-ci illə müqayisədə 15,3 faiz azalaraq 497 nəfər olub. Yaralananların sayında da azalma var. 1877 nəfər.

“Bütün yol-nəqliyyat hadisələrinin 44 faizi nəqliyyat vasitələrinin və piyadaların, 36,4 faizi bir neçə nəqliyyat vasitəsinin, 19,6 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib və 2015-ci ilə nisbətən hadisələrin sayı müvafiq olaraq 4,4, 8,5 və 21 faiz azalıb”.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,8, yaralananların isə 70,6 faizi kişilər olub:

“Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 37 hadisə baş verib. Nəticədə 18 nəfər ölüb, 34 nəfər yaralanıb. Belə hadisələrin 78,4 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib. İl ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2015-ci ilə nisbətən 13 faiz artaraq 2 milyon 861 min 900 olub”.

Ümumilikdə qaydaların pozulmasına görə 85,4 mln. manat məbləğində cərimələr tətbiq edilib.

Ana səhifəXəbərlərİl ərzində sürücülər 85,4 mln. manat cərimə edilib