Vəsatətlər təmin edilməyib, iş məhkəmə baxışına təyin olunub
Fevralın 2-də Sumqayıt Apelyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliylə jurnalist İkram Rafiqoğlunun və Rəhman Novruzovun apelyasiya şikayətinə baxılıb.
Bu barədə vəkil Elçin Sadıqov “Facebook” səhifəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, müdafiə etdiyi şəxslərin şikayəti apelyasiya baxısına təyin edilib. Vəkil hesab edir ki, məhkəmə bu qərarı ilə qanunun imperativ tələblərini pozub:
“Qərara əsasən, hökmün və hazırlıq iclasının qərarının ləğv edilməsi, xüsusi ittiham qaydasında şikayətin hazırlıq iclasınə təyin edilməsi və qanunsuz olaraq xüsusi ittiham qaydasında şikayəti icraatına qəbul edib hökm qəbul edən hakim İlyas Mahmudov barəsində xüsusi qərar qəbul edilməsi barədə vəsatəti qanunun imperativ tələbləri pozularaq təmin edilmədi.
Sumqayıt Apelyasiya Məhkəməsi qanunsuz olaraq işi apelyasiya baxışına təyin etdi.
Apelyasiya baxışı 8 fevral, saat 15.00-a təyin olunub.
İkram Rafiqoğlu və Rəhman Novruzov Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrum olunublar. Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli hökmündən apelyasiya şikayəti verilib.