İkirəqəmli infilyasiya açıqlandı

”Orta biznes və orta təbəqə çöküb”

Source:


”Orta biznes və orta təbəqə çöküb”


Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,4% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin may ayında aprel ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,7% azalıb, qeyri-ərzaq məhsullarının qiymətləri 0,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2% artıb.

Ay ərzində düyünün, qarabaşaq yarmasının, toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, şəkər və şəkər tozunun, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, yerkökünün, çuğundurun qiymətlərində bahalaşma, makaron məmulatlarının, mal və qoyun ətinin, pasterizə olunmamış üzlü südün, alçanın, çiyələyin, pomidorun, xiyarın, badımcanın, bibərin, göy lobyanın, kələmin, kartofun, sarımsağın, soğanın, göyərtinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Mayda aprel ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, qaz plitəsi, elektrik sobası və kondisionerlərin qiymətlərində bahalaşma, televizor və kompüterlərin, soyuducu və paltaryuyan maşınların, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən soyuq su təchizatı və kanalizasiya xidmətlərinin qiymətləri bahalaşıb, hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Natiq Cəfərli

Məlumatı şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda həmişə rəsmi rəqəmlərlə reallıq arasında ciddi fərq olur: “Milli valyutası 1 ildə 2 dəfə devalvasiyaya məruz qalan, idxaldan ciddi asılı olan ölkədə 10,4 faiz inflyasiya inandırıcı görünmür. Amma son zamanlar hökumət inflyasiya səviyyəsinin açıqlanma həddini artırıb, yəni, əvvəl daha az göstərirdi. Sadəcə beynəlxalq qurumlar inflyasiyanı yüksək göstərdiyindən, hökumət də məcbur olub ikirəqəmli inflyasiya açıqladı”.


İnfilyasiya inşaat sektoru və iaşə müəssisələrindən də yan keçməyib

İş adamı Vüqar Həsənov deyir ki, tikinti sektoru çökdüyündən artıq fəhlə və ustaları evə buraxıblar: “Səbəblərdən ən böyüyü ölkəyə neftdən gələn vəsaitin ən azından 2 dəfə azalması oldu. Belə çıxır ki, ölkə iqtisadiyyatı inşaatın üstündə imiş. Korrupsionerlər belə təşviş içində. Onlar oğurladıqları pulun böyük bir hissəsini “yaralı yerləri” böyük villa və böyük obyekt (iaşə) tikmək xəstəliyinə sərf edirdilər ki, əhalinin böyük bir hissəsi də ordan dolanırdı. İaşənin çökməsinə səbəb də elə əhalinin qazancının kəskin azalması oldu. İaşədə hazır yeməklərin qiymətini salsaq da, gündəlik alver 3 dəfə aşağı düşdü.İnsafla desək, vergi özü 2 dəfə azaltdı ödənişi. Bununla belə, vəziyyət gərgin olaraq qalır”.

Vüqar Həsənli
Vüqar Həsənli

İş adamı hökumətin bacarıqsızlığının hər addımda hiss olunduğunu düşünür: “İşçi qüvvəsi daha ucuzlaşıb. Bazarlar, həm inşaat, həm tekstil çöküb. Banklara əhalinin borcu “dəbbə” gələ-gələ şişir. Təəssüf ki, insanlar hələ də bank, vergi, maliyyə aministiyasının olacağına inanır. Bir sözlə, orta biznes və orta təbəqə çöküb”.

Ana səhifəXəbərlərİkirəqəmli infilyasiya açıqlandı