İki yaşlı uşağın əməliyyat zamanı ölməsi ilə bağlı cinayət işi başlanıb

“Toplanmış materialda ehtiyatsızlıqdan adam öldürmə cinayətinin əlamətləri var”

Source:
Oksigen klinikası, foto: sosial şəbəkə
Oksigen klinikası, foto: sosial şəbəkə


“Toplanmış materialda ehtiyatsızlıqdan adam öldürmə cinayətinin əlamətləri var”

Oktyabrın 26-da Biləsuvar rayon sakini, 2014-cü il təvəllüdlü Məhəmmədəli Həsənovun “Oksigen” klinikasında cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi barədə Nərimanov Rayon Prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Bakı Şəhər Prokurorluğunun yaydığı məlumata görə, toplanmış materialda ehtiyatsızlıqdan adam öldürmə cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Ana səhifəXəbərlərİki yaşlı uşağın əməliyyat zamanı ölməsi ilə bağlı cinayət işi başlanıb