Mənbə: president.az

İki xəstəxanada xəstələrə keyfiyyətsiz qida verilməsi faktı aşkarlanıb

Məqalə yeniləndi:  18 May 2021

Faktla bağlı cinayət işi açılıb

Respublika Qida Təhlükəsizliyi Agentliyi Xaçmaz və Siyəzın rayon xəstəxanalarında xəstələrə keyfiyyətsiz qida verilməsi faktını aşkarlayıb.

Baş Prokurorluğun yaydığı məlumata görə, məlum olub ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə keyfiyyətsiz qida məhsullarının verilməsi, həmin qida məhsullarının çəkisinin şişirdilmiş şəkildə göstərilərək mənimsənilməsi və digər qanun pozunutuları aşkar edilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Xaçmaz Rayon Prokurorluğuna göndərilib

Məlumatda deyilir ki, AQTA tərəfindən Siyəzən Müalicə diaqnostika Mərkəzində yoxlamalar aparılarkən eyni qəbildən olan qanun pozuntularının aşkar edilməsi faktı ilə bağlı Siyəzən Rayon Prokurorluğunda hazırda araşdırma aparılır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  18 May 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vh7q7d

Ən çox baxılan