Ailə üzvləri hadisənin həkim günahından baş verdiyini deyir
Gəncədəki Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasının ginekologiya şöbəsində ölüm hadisəsi baş verib. Goranboy rayonunun Yolqullar kənd sakini, 1988-ci il təvəllüdlü Gülşən Şəmsəddin qızı Aslanova abot zamanı dünyasını dəyişib.
Bu barədə Meydan TV-yə G.Aslanovanın yaxınları məlumat veriblər. Ailə üzvlərinin sözlərinə görə, iki uşaq anası olan G.Aslanova həkimin günahı ucbatından əməliyyat zamanı ölüb.
1 Saylı Şəhər Xəstəxanasından Meydan TV-yə bildirilib ki, meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlayıb. İş günü olmadığından Səhiyyə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.