İki siyasi məhbus azadlığa buraxılıb

Həbs müddətləri başa çatdığına görə azad ediliblər

Source:
Həbsxana
Həbsxana


Həbs müddətləri başa çatdığına görə azad ediliblər

Martın-18 də hüquq müdafiə təşkilatlarının siyasi məhbus elan etdiyi daha iki nəfər azadlığa buraxılıb.

Azadlığa çıxanlar Namiq Kişiyev və Nicat Əliyevdir. Bu haqda AzadlıqRadiosuna hüquq müdafiəçisi Rəsul Cəfərov məlumat verib.

Onlar həbs müddətləri başa çatdığına görə azad ediliblər. Namiq Kişiyev və Nicat Əliyevdir Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına görə, 2012 ci ildə həbs edilmişdilər. N.Kişiyev və N.Əliyev Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşımüqavimət göstərmə və ya zor tətbiq etmə), 324 (dövlət bayrağı və ya gerbi barədətə hqiredici hərəkətlər)” 283.1 (milli, irqi, sosialvə ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunmuşdular.

2013-cü il aprelin 5 də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə onların hər ikisi 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Yuxarı məhkəmələr hökmü dəyişməmişdi.

Hazırda adları çəkilən şəxslərin işi ilə bağlı yerli məhkəmələrin qərarlarından verilən şikayəti Avropa Məhkəməsi araşdırır.

2012-ci ildə Masallıdakı beynəlxalq folklor festivalı ilə bağlı 7 nəfər həbs olunmuşdu.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi cenub.news.com saytının təsisçisi və baş redaktoru Araz Quliyevlə Xalid Kazımovu 8, Ziya Tahirovla Rza Ağalını 7, Surac Ağayevi isə 5 il müddətinə azadlıqdan məhrum etmişdi.

Həmin şəxslər hazırda cəza çəkir.

Ana səhifəXəbərlərİki siyasi məhbus azadlığa buraxılıb