İki səfir geri çağırıldı

Elxan Poluxovun Cənubi Afrika, Anqola, Zimbabve, Mozambik, Svazilend Krallığında, Lətif Qəndilovun isə Çin, Monqolustan, Koreya respublikalarında diplomatik fəaliyyətlərinə xitam verilib

Source:
foto prezident.az
foto prezident.az


Elxan Poluxovun Cənubi Afrika, Anqola, Zimbabve, Mozambik, Svazilend Krallığında, Lətif Qəndilovun isə Çin, Monqolustan, Koreya respublikalarında diplomatik fəaliyyətlərinə xitam verilib

Prezident İlham Əliyev Elxan Poluxovun Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında və eyni zamanda Anqola Respublikasında, Zimbabve Respublikasında, Mozambik Respublikasında, Svazilend Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

“Report”un məlumatına görə, sənədə əsasən Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında və eyni zamanda Anqola Respublikasında, Zimbabve Respublikasında, Mozambik Respublikasında, Svazilend Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında və eyni zamanda Monqolustanda, Koreya Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Ana səhifəXəbərlərİki səfir geri çağırıldı