Iki ölkə prezidenti danışıqlara başlayıblar (yenilənib)

Danışıqlarda Dağlıq Qarabağ nizamlanması da müzakirə olunacaq

Source:

17.00. “Qarabağ münaqişəsi həll edilənə qədər Türkiyə və Ermənistan arasındakı münasibətlər normallaşdırılmayacaq”. Bu barədə Türkiyə prezidenti Recep Tayyip Erdoğan Bakıda İlham Əliyevlə görüşündə bildirib.

Erdoğanın sözlərinə görə, Ankaranın bu məsələ üzrə mövqeyi dəyişməz olaraq qalır.

O qeyd edib ki, Türkiyə liderlərinin seçkilərdən dərhal sonra Azərbaycana səfəri ənənəyə çevrilib ki, bu da iki ölkə arasında münasibətlərin möhkəmliyinə dəlalət edir.

Onun fikrincə, Azərbaycan və Türkiyə arasında münasibətlər daha da dərinləşdirilməlidir.

***

16.10. TANAP-ın təməli 20 sentyabrda – Neftçilər günü qoyulacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 3-də  prezident İlham Əliyevlə görüşündə deyib ki, Transanadolu qaz kəməri reallığa çevrilir. Həmin gün Azərbaycan, Gürcüstan, Türkiyə ilə yanaşı, qaz tədarükünün şaxələndirilməsində maraqlı oaln başqa ölkələrin yüksək vəzifəli nümayəndələri iştirak edəcək.

“TANAP iki qardaş ölkə ilə yanaşı region üçün də vacib layihədir. Bundan başqa, Azərbaycanın iqtisadi gücünün göstəricisidir” – deyə Ərdoğan bildirib.


***


Danışıqlarda Dağlıq Qarabağ nizamlanması da müzakirə olunacaq

Türkiyənin yeni seçilmiş  prezidenti  Rəcəp Tayyip Ərdoğan Azərbaycanda ikigünlük səfərdədir.

Bakıya yola düşməzdən öncə o, jurnalistlərə bildirib ki, seçkilərdən sonra ilk  səfərin Azərbaycana olması Türkiyə rəhbərliyi üçün ənənəyə çevrilib.

Bakıda  qarşılıqlı əlaqələr və əməkdaşlıq məsələləri müzakirə ediləcək,  eyni zamanda, yerli və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Sonra Ərdoğan birgə strateji layihələrin: Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin  həyata keçirildiyini xatırladıb.

O həmçinin TANAP qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin birgə işləndiyini qeyd edib.

Bakıda həmçinin Dağlıq Qarabağ nizamlanması müzakirə olunacaq.

Ərdoğan əmin olduğunu bildirib ki, Azərbaycanla Türkiyə arasında  dostluq və qardaşlıq  münasibətləri  bundan sonra da möhkəmlənəcək.

Sentyabrın 3-də Azərbaycan prezidentinin iqamətgahında Ərdoğanın təntənəli qarşılanma mərasimi keçirilib. Bundan sonra iki ölkə prezidenti danışıqlara başlayıblar.

Ana səhifəXəbərlərIki ölkə prezidenti danışıqlara başlayıblar (yenilənib)