İki nəfərin ölümünə səbəb olan qəzanı törətməkdə ittiham olunan polis serjantı bəraət alıb

Təqsirləndirilən şəxs məhkəmədə uzun müddət Ramil Usubovun cangüdəni olduğunu bildirib

Source: Meydan TV

Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olmaqda ittiham edilən polis serjantı Xəyal Məmmədovun məhkəmə bitib.

“Bakupost” saytının məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə X.Məmmədova bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Hadisə ötən il iyunun 12-də Bakının Binəqədi qəsəbəsində baş verib. “ ” markalı avtomobillə “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü Orxan Orucov və sərnişini Rahib Əliyev ölüb.

Qəza baş verən zaman “Range Rover”in sükanı arxasında olan Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadədə uzun müddət sabiq daxili işlər naziri Ramil Usubovun cangüdəni olduğunu bildirib.

Ana səhifəXəbərlərİki nəfərin ölümünə səbəb olan qəzanı törətməkdə ittiham olunan polis serjantı bəraət alıb