İki nəfər şəxs dövlət sərhədini pozmağa çalışıb

Azərbaycan-İran sərhədində insident yaşanıb

Source:


Azərbaycan-İran sərhədində insident yaşanıb

Azərbaycan-İran sərhədində insident yaşanıb. Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları dövlət sərhədini pozmağa çalışan iki nəfərə mane olub.

APA yazır ki, eyni zamanda külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Olay martın 19-da Cəlilabadın Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasında baş verib. Sərhəd pozucuları “Dayan!” çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq, qaçaqmalı ataraq havanın qaranlıq olmasından və sərhəd xəttinə yaxın olmalarından istifadə edərək geriyə qaçıblar. Xidməti ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 546 konvolyut “T-DOOL”, 300 konvolyut “Pregabalin,” 930 konvolyut  “FOX DOL”, 30 konvolyut “Methadone”, 500 konvolyut “T-DOLL 200 ml”, 1000 ədəd “Mydrax” markalı psixotrop preparatları, 15 qram narkotik maddə olan tiryək aşkarlanaraq götürülüb.

Sərhəd pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün əməliyyat-istintaq tədbirləri gedir.

Ana səhifəXəbərlərİki nəfər şəxs dövlət sərhədini pozmağa çalışıb