İki məhbusun ”kars”da qollarından asıldığı deyilir

“Buna səbəb məhbusların kiçik rejim pozuntusudur”

Foto: Meydan.TV

''Buna səbəb məhbusların kiçik rejim pozuntusudur''

Qaradağ rayon Puta qəsəbəsinə yerləşən 13 saylı həbsxanada iki məhbusun işgəncəyə məruz qaldığı bildirilir.

Dostları və yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, qəsdən adam öldürmədə (Cinayət Məcəlləsinin 120-ci maddəsi) günahlandırılan Fətulla Firuz oğlu Əlimədətov və quldurluq (maddə 181) ittihamı ilə həbs edilən Şamo Telman oğlu Cəfərov döyülüb, əlləri, qolları bağlanaraq "kars"da asılıblar. "Onlar hazırda çarmıxa çəkilmiş vəziyyətdədir, işgəncə verilir," – deyə adının açıqlanmasını istəməyən məhbus yaxını deyir. Məlumat bir neçə şəxs tərəfindən təsdiqlənib.

Bildirilir, buna səbəb məhbusların kiçik rejim pozuntusudur:

"Onlar barakda say yoxlamasından sonra çay içiblər. Buna görə də həbsxana rəhbərliyi tərəfindən belə cəzalandırılıblar".

Həftəsonu olduğundan Meydan TV Penitensiar Xidmətlə əlaqə saxlaya bilməyib.

Mövzu davam etdiriləcək.

Ana səhifəXəbərlərİki məhbusun ”kars”da qollarından asıldığı deyilir