Milli Məclis

Mənbə: arxiv

Başlıq: Milli Məclis

İki kəndin adı dəyişdirildi

Milli Məclis qanun layihəsini təsdiqlədi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın işğaldan azad edilən iki kəndinin adının dəyişdirilməsi ilə bağlı qanun layihələri müzakirə edilib.

“Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” qanun layihələri Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub.

Bu barədə parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

Müzakirələrdən sonra Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi, Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması barədə layihələr təsdiq edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/h30oev

Ən çox baxılan