İki hərbçinin odlu silahla özünü öldürdüyü bildirilir

Əsgər. Foto: Meydan TV

Hərbi Prokurorluq hadisənin araşdırıldığını deyir

Sentyabrın 22-də Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayevin xidməti silahdan ehtiyatsız davranması nəticəsində xəsarət aldığı, sonradan xəstəxanada vəfat etdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumatı təsdiqləyib.

Orxan Ağayevin Şirvan xəstəxanasında tibbi müdaxilələrə baxmayaraq öldüyü qeyd olunur.

Dünən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Musa Bayramovun da odlu silahdan açılmış atəş nəticəsində həlak olduğu deyilir.

Bu barədə Qubadlı Rayon Hərbi Prokurorluğuna məlumat daxil olub.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Firad Əliyevin bildirdiyinə görə, prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər:

Hərbi Prokurorluq. Mənbə: “Azərtac”

İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib”.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib. Həmçinin, təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib”, – deyə Firad Əliyev əlavə edib.

O deyib ki, hazırda istintaq davam etdirilir.

Onun sözlərinə görə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət veriləcək.

Meydan TV hər iki hərbçinin yaxınları ilə əlaqə saxlaya bilməyib.

Ana səhifəSosialİki hərbçinin odlu silahla özünü öldürdüyü bildirilir