İki həkim-ginekoloq koronavirusun qurbanı oldu

“COVİD xəstələri ilə işləyən həkim özü COVİD-in qurbanına çevrildi. Ruhun şad, yerin cənnət bağçası olsun, əziz həmkarımız”, – deyə həkim qeyd edib.

Source: Specify Source


“COVİD xəstələri ilə işləyən həkim özü COVİD-in qurbanına çevrildi”

Son bir neçə gündə iki ginekoloq koronavirusdan həyatını itirib. Onlardan biri Kliniki Tibbi Mərkəzin doğum -ginekologiya şöbəsinin həkim-ginekoloqu Zemfira İsmayılovadır. Məlumatı şöbənin digər həkimi Təranə Həsənova öz “Facebook” hesabında paylaşıb.

“COVİD xəstələri ilə işləyən həkim özü COVİD-in qurbanına çevrildi. Ruhun şad, yerin cənnət bağçası olsun, əziz həmkarımız”, – deyə həkim qeyd edib.

Şəki Rayon Mərkəzi Xəstəxanasının həkim-ginekoloqu, 1957-ci il təvəllüdlü Rasimə Cabbarova isə sentyabrın 4-də müalicə aldığı xəstəxanada koronavirusdan həyatını itirib. Bu barədə məlumatı çalışdığı xəstəxanadan veriblər.

Ana səhifəSosialİki həkim-ginekoloq koronavirusun qurbanı oldu