Daha 5 hakim və 2 məhkəmə sədri ilə bağlı intizam icraatı başlayıb
İyunun 23-də Məhkəmə-Hüquq Şurası iki hakimə töhmət verib. 5 hakimin, o cümlədən korrupsiyaya və qeyri-prosessual münasibətlərə şərait yaradan hallara yol verdiklərinə görə 2 məhkəmə sədri barədə intizam icraatı başlanılıb.
Şuranın rəsmi saytında bu barədə məlumat
verilib
.
Bildirilib ki, Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda
xüsusi karantin rejimini, hakimlərin etik davranış qaydalarının tələblərini pozan Saatlı Rayon Məhkəməsinin sədri
İxtiyar Abuşova, qanunvericiliyin tələblərini pozduğuna görə Mingəçevir Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynova töhmət verilib.