İki Azərbaycan vətəndaşı casusluqda təqsirləndirilir

”Elşən Əmirinin və Elçin Babayev xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilib”

Source:


”Elşən Əmirinin və Elçin Babayev xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilib”

Azərbaycan vətəndaşları Elşən Məcid oğlu Əmiri və Elçin Tacir oğlu Babayev casusluq formasında dövlətə xəyanət etməkdə təqsirləndirilirlər. Bu barədə APA Dövlət Təhlükəsizliyi Xidmətinə  (DTX) istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, aparılan cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri nəticəsində əsaslı şübhələr müəyyənləşib:

“Xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən yazılı iltizamla məxfi əməkdaşlığa cəlb edilmiş Elşən Əmirinin və Elçin Babayevin 2016-cı ilin yanvar ayından etibarən həmin orqan tərəfindən verilən tapşırıqlar əsasında Azərbaycanın hüquq-mühafizə orqanlarının məxfi heyətinə daxil olan əməkdaşları, Müdafiə Nazirliyinin hərbi hissələri, onların döyüş potensialı, eləcə də strateji əhəmiyyətli dövlət obyektləri barəsində məlumatlar toplanılması istiqamətində fəaliyyətləri kompleks əməliyyat nəzarətinə götürülərək sənədləşdirilib”.

Bildirilir ki, 2017-ci il fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti tərəfindən birgə həyata keçirilmiş tədbirlər nəticəsində Elşən Əmiri və Elçin Babayev casusluq fəaliyyətlərinin nəticəsi olan maddi sübutlarla şübhəli şəxs qismində tutularaq cinayətin qarşısı alınıb. Elşən Əmiri və Elçin Babayev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib, məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ana səhifəXəbərlərİki Azərbaycan vətəndaşı casusluqda təqsirləndirilir