İdxal qidası satan emalçı, 1-2 hektar torpağının əsiri olan fermer

Polşa əhalinin adambaşına düşən kənd təsərrüfatı torpaqlarının həcminən görə təxminən Azərbaycanla eyni vəziyyətdədir, Lakin Azərbaycanla müqayisədə Polşada qida sənayesi həddən artıq böyük potensiala malikdir

Source:


Polşa əhalinin adambaşına düşən kənd təsərrüfatı torpaqlarının həcminən görə təxminən Azərbaycanla eyni vəziyyətdədir, Lakin Azərbaycanla müqayisədə Polşada qida sənayesi həddən artıq böyük potensiala malikdir

Hökumət torpaqdan istifadə etməyən fermeri cəzalandırmaq üçün hüquqi mexanizmlər hazırlayır. Amma bir dəfə də olsun əlində orta hesabla 1.5-2 hektar torpağı olan, ölkənin kənd təsərrüfatına yararlı torpaqlarının cəmi 28-29 faizinə sahib olan kiçik fermerlərin niyə öz məhsullarını emal sənayesinə sata bilmədiyini, ya da əlverişli qiymətlə sata bilmədiyini ciddi araşdıran hansısa rəsmi qurumun əsaslandırlmış mövqeyinə rast gəlmədik. Lap elə kənd təsərrüfatını nazirini götürək – dünən ANS TV-yə geniş müsahibəsində bu ağrılı və həlli vacib problemin səbəblərinin, müxtəlif təşəbbüslər vasitəsilə onun üzərinə gəlmədi, Ölkənin ən iri qida müəssisəsi etiraf edir ki, satdıqları məhsulların az qala yarısı idxal edilir. Bu da yüksək texnoloji məhsul deyil ki, onun istehsalı ölkədə müşkül olsun…

Reallıqda isə bütün dünyada qida sənayesi müəssisələri kiçik fermerlərin məhsulun reallaşmasında ən mühüm kanallardan biridir. Emal sənayesi alış potensialından istifadə xüsusilə də uzun müddət saxlanması mümkün olmayan məhsullar üçün sön dərəcə vacibdir. Məsələn, meyvə-tərəvəz məhsillarının əksər növləri dərildikdən cəmi bir neçə saat ərzində mütləq satılmalıdır. Eyni qaydada yumurta istisna olmaqla heyvandarlıq məhsulları da ilkin istehsaldan dərhal sonra ya birbaşa istehlaka, ya da emal zəncirinə daxil olmalıdır.

Fermerlərlə emal müəssisələri arasında əlaqələrin inkişafı, qida sənayesinin potensialının gücləndirilməsində elə bir sıra keçid ölkələrinin təcrübəsinə diqqət yetirmək kifayətdir. Məsələn, Polşa əhalinin adambaşına düşən kənd təsərrüfatı torpaqlarının həcminən görə təxminən Azərbaycanla eyni vəziyyətdədir. Azərbaycanda bu göstərici təxminin 0.5 ha, Polşada 0.43 hatəşkil edir. Lakin Azərbaycanla müqayisədə Polşada qida sənayesi həddən artıq böyük potensiala malikdir. Məslən, Polşada 16.2 milyon hektar becərilən kənd təsərrüfatı sahəsi var. Bu qədər sahədən istehsal olunan kənd təsərrüfatı məhsulu emal etmək üçün qida sənayesində 418 000 nəfər çalışır. Bu o deməkdir ki, fəal becərilən hər 1 milyon hektar sahənin məhsulun emal ilə təxminən 25 min nəfər məşğul olur. Azərbaycanda bu göstərici təxminən 3 000-dir. Yaxud Polşada qida sənayesində mikro və kiçik ölçülü emal müəssiələri nəzərə alınmasa, 1500 orta və iri ölçülü emal müəssisəsi var. Qida emalının 23 faizi mikro və kiçik, 77 faizi isə orta və iri ölçülü müəssisələrin payına düşür. Göründüyü kimi, bütün ölçülərdən olan müəssisələri nəzərə alsaq, hər 1 milyon hektar sahənin məhsulunun emalında 1200-dək emal müəssisəsi iştirak edir. Azərbaycanda bu göstərici real fəaliyyət göstərən müəssisələrin sayı hesabı ilə 50-yə çatmır. Əslində emal sənayesində müəssisələrin çoxluğu həm fermerlər üçün böyük müştəri kontngentinin olduğunu, həm də bu sahədə rəqabətin yüksək səviyyəsini nümayiş etdirir. Avropa Birliyinə üzvülükdən sonra Polşada qida sənayesinin potensialı daha çox güclənib.  2004-cü ildən başlayaraq ət emalı müəssisələrinin sayı 61-dən 856-ya, saənaye üsulu ilə quş əti istehsalı müəssisələrinin sayı 40-dan 218-ə, süd emalı  müəssisələrinin sayı 55-dən 272-ə yüksəlib.

Postsovet dövlətlərindən Moldovanın da qida sənayesinin inişafı sahəsində təcrübəsi maraq doğurur. Bu ölkədə ÜDM-nin təxminən 15%-ni kənd təsərrüfatı sektoru, 11 faizini qida sənayesi formalaşdırır. Qida emalı əsasən yerli kənd təsərrüfatı məhsullarının bazasında qurulub. Aqrar sektorun yaratdığı əlavə dəyərin hər 1 faizi emal zəncirində yenidən 0.75% əlavə dəyərə yaradır.  Lakin Azərbaycanın ÜDM-də aqrar sektorun payı təxminən 5 faiz, qida sənayesinin payı 1 faiz ətrafındadır. Bu o deməkdir ki, kənd təsərrüfatı sektorunun qida emalı zəncirində əlavə dəyər formalaşdırmaq potensialı Moldova ilə müqayisədə Azərbaycanda təxminən 3.5 dəfə aşağıdır. Moldovada kənd təsərrüfatına yararlı torpaqların təxminən 74 faizi və ya 1.84 milyon hektarı özəlləşdirilib (Azərbaycanda isə 29 faizi və ya 1.35 milyon hektarı). Özəl torpaqların 40 faizi məhdud məsuliyyətli cəmiyyət statusuna malik biznes strukturlarına təxminən 50 faizi ailə fermet təsərrüfatlarına və kooperativlərə məxsusdur. Ümumi kənd təsərrüfatı istehsalının 70 faizi bitkiçilik, 30 faizini isə heyvandarlıq məhsulları formalaşdırır. Qida sənayesində əsas pay meyvə-tərəvəz, şərabçılıq və şəkər emalına məxsusdur. Ölkədə kiçik və böyük ölçülü 170-dək şərabçılıq müəssisəsi, 27 meyvə-tərəvəz emalı üzrə ixtisaslaşmış konserv zavodu, 9 şəkər zavodu, ət emalı üzrə ixtisaslaşmış 9 iri emal zavodu və bu sahədə fəaliyyət göstərən onlarla kiçik və orta ölçülü müəssisə fəaliyyət göstərir. Xüsusilə də Moldova çox geniş üzümçülük potensialına sahibdir və bu ölkənin üzüm sahələri Azərbaycanla müqayisədə təxminən 10 dəfə çoxdur. Bütün bu emal müəssisələri bağlanmış müqavilələr və razılaşdırılmış qiymətlər əsasında ailə təsərrüfatlarından və kooperativlərdən məhsul alırlar.

Lakin Moldovada bu proseslərin daha uğurlu təşkili həm hüquqi mühit, həm də zəruri bazar institutlarının effektiv fəaliyyətilə bağlıdır. Son 15 ildə bu ölkədə Kiçik fermerçiliyin təşkili haqqında Qanun, Kənd təsərrüfatı və ərzaq bazarının təşkili və fəaliyyəti haqqında Qanun, Kooperativlər haqqında Qanun, Kiçik müəssisələ dövlət dəstəyi haqqında Qanun qəbul edilib.

İnstitutlara gəldikdə, Moldova Fermerlərinin Milli Federasiyası, Kənd təsərrüfatı istehsalçıları birliklərinin Milli İttifaqı, Kənd təsərrüfatı problemləri üzrə ixtisaslaşmış QHT-lərin Milli Şəbəbkəsi fəaliyyət göstərir. Bu strukturlar həm hökumət, həm də məhsul alan subyektlər qarşısında fermerlərin maraqlarının qorunması üçün effektiv fəaliyyət göstərirlər.



http://rovsanaghayev.blogspot.com

Ana səhifəXəbərlərİdxal qidası satan emalçı, 1-2 hektar torpağının əsiri olan fermer