İdman klublarında ixtisarlar başlayıb

“İnter”in ardınca “Neftçi”də də ixtisarlar aparılır

Source:


“İnter”in ardınca “Neftçi”də də ixtisarlar aparılır

Manatın devalvasiyaya  uğraması, ölkə iqtisadiyyatında yaşanan böhran Azərbaycanın idman təsərrüfatına da ciddi təsir edib.

Yayılan məlumata görə, federasiyalar, idman klubları ya fəaliyyətlərini dondurur, ya da bəzi bölmələri bağlayaraq, əməkdaşları ixtisar edirlər. Bir neçə gün öncə “İnter” İdman Klubunda güləş, boks, qaydasız döyüş, cüdo və karate bölmələri bağlanıb. Klubda çalışan 20-dən çox məşqçi və texniki işçi ixtisar olunub. Klubdan Futbolinfo.az saytına verilən açıqlamaya görə, fəaliyyətin optimallaşdırılması məqsədilə heyətdə ixtisarlar aparılıb. İşdən çıxarılan şəxslərə qanuna uyğun olaraq, kompensasiyalar ödəniləcək. İxtisarlar bütün departamentlər üzrə baş tutub. Vəzifəsindən kənarlaşdırılan şəxslərdən biri də klubun vitse-prezidenti Müzəffər Novruzəliyevdi. Ümumiyyətlə, “İnter”də vitse-prezident vəzifəsi ləğv olunub.

Bunun ardınca “Neftçi” İdman Klubu” İctimai Birliyində də ixtisarlar olub. Bu barədə məlumatı “Futbol+” qəzeti yayıb. Qəzetin yaydığı məlumata görə, birliyin təkcə futbol bölməsindən 19 nəfər ixtisar edilib.

Klubdan maddi sıxıntılar ucbatından məvaciblərin tam ödənilmədiyi və bu yın əvvəlində Antalya səfərinin təxirə salındığı deyilsə də, ixtisarlar barədə ətraflı məlumat verilmir.

 “Neftçi” İdman Klubu” İctimai Birliyi SOCAR tərəfindən maliyyələşdirilir. Birliyin sədri isə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin yaxın adamı kimi tanınan Sadıq Sadıqovdu.

Ana səhifəXəbərlərİdman klublarında ixtisarlar başlayıb