Baş redaktor anasının da vəziyyətinin ağır olduğunu bildirib
Azərbaycanlı idman jurnalisti Anar Cəfərsoy koronavirusa yoluxduğunu deyir.
“Supersport.az” saytının baş redaktoru olan A.Cəfərsoy öz “Facebook” hesabında bu barədə məlumat paylaşıb. Xəstəxanadan görüntüsünü yayımlayan jurnalist yazıb ki, anası da koronavirusdan əziyyət çəkir və onun vəziyyəti ağırdır.
Mayın 21-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tədbirinə qatılan jurnalistlərdən də konfransdan öncə test götürülüb. Testin nəticələri 2 gün ərzində bilinəcək. Yerli mətbuat kanallardan birində çalışan jurnalistdə də koronavirus aşkarlanması haqqında məlumat paylaşıb.
TƏBİB-in son məlumatına görə, koronavirusa görə 6887 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 252 min 496-ya çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 63, süni tənəffüs cihazında olan xəstə sayı 13-dür.
Azərbaycanda indiyədək 3749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2340 nəfər müalicə olunaraq sağalıb, 44 nəfər vəfat edib, 1365 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 60 nəfərin vəziyyəti orta-ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Operativ qərargah hazırda 3749 nəfərin koronavirus infeksiyasına yoluxduğunu, onlardan 2340 nəfərin müalicə olunduğunu, 44 nəfərin isə öldüyünü qeyd edib.
Eyni zamanda, 1365 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicə olunduğu bildirilib:
“Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 60 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 252.496 test aparılıb”.