[Nils Muyjnieks, İnsan Hüquqları üzrə Avropa Şurasının komissarı]
Mənbə: İnsan Hüquqları üzrə Müvəkkili, Avropa Şurasının Aparatı
Cenevrə, Strazburq, Vyana, 5 iyun, 2015-ci il- İyunun 12-də ilk Avropa Oyunları Azərbaycan paytaxtı, Bakıda başlayacaq. Milyonlarla Avropalının marağını cəlb edərək, 50 ölkəni təmsil edən 6000-dən artıq idmançı qaçıb, tullanıb və döyüşüb medallar üçün mübarizə aparacaq. Ümid edirik ki, onlar ölkədə insan hüquqları müdafiəçilərinə qarşı baş verən represiyalara da biganə qalmayacaqlar.
Son illərdə, xüsusilə son 12 ay ərzində, müxalif yönümlü fikirlər irəli sürmək və ya hakimiyyətdan narazılığı bildirmək təhlükəli bir addıma çevrilib. Bir çox jurnalist və insan hüquqları fəalları tənqidə dözümsüz yanaşan siyasi sistemin qurbanlarına çevrilmiş və azadlıqdan məhrum edilmişdir.
Üç hal represiyaların nə dərəcədə güclü olduğunu anlamağa kömək edəcək. Baş alan represiyanın rəmzinə çevrilən şəxs qeyri-hökumət təşkilatının rəhbəri, Rəsul Jafarovdur. O, 2012-ci ildə Azərbaycanın ev sahibi olduğu Avroviziya Mahnı Müsabiqəsi zamanı təşkil etdiyi “Demokratiya naminə oxu” adlı bir kampaniyası ilə özünə ad qazandı. Bu dəfə o, Avropa Oyunları ərəfəsində idman vasitəsilə demokratiyanın dəstəklənməsi məqsədilə “İdman Demokratiya Üçün” adlı yeni kampaniyasını təşkil etməyi planlaşdırırdı. Əvəzinə isə, o, bütün etimadına kölgə salacaq ittiham ilə son 10 ayı həbsdə keçirib. Aprel ayında o, vergidən yayınma, qanunsuz sahibkarlıq və səlahiyyətlərindən sui-istifadə ittihamları ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Leyla Yunus – Azərbaycanın ən tanınmış hüquq müdafiəçilərindən və Avropa İttifaqının İnsan Haqqları üzrə Saxarov mükafatının üç finalçılarından biri – dövlətə xəyanət, fırıldaqçılıq, saxtakarlıq və vergidən yayınma halları ilə ittiham edilib və ona qarşı həbs qətimkan tədbiri görülüb. Onun sağlığına ciddi təhlükə- diabet, Hepotit C və böyrək problemləri var. Onun həyat yoldaşı, Arif Yunus isə Avqust ayından etibarən, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilib. Onların görüşünə həbsdən sonra icazə verilməyib.
Üçüncü hal tanınmış araşdırmaçı jurnalist, Xədicə İsmayılova haqqındadır. O, Aprel ayında korrupsiya haqqıda hesabatı və ifadə azadlığı uğrunda mübarizəsinə görə iki nüfuzlu mükafata layiq görülmüşdür. O, dekabr ayından saxlanıldığı Kürdəxanı həbsxanada xəbərləri alır. İlk öncə intihara təhrik ittihamı ilə saxlanılan jurnalist, daha sonra fevral ayında vergidən yayınma, qanunsuz sahibkarlıq və səlahiyyətlərindən sui-istifadə kimi yeni saxta ittihamlarla qarşı-qarşıya qoyuldu. May ayının 14-də onun məhkəməyə qədər həbsdə saxlanması müddəti daha üç ay uzadılıb.
Repressiyanın bu dalğası əcnəbiləri də hədəfləyir. Jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və BMT rəsmiləri də Azərbaycan höküməti tərəfindən onlara qarşı olan tənqidi boğmaq naminə bir çox hədə-qorxuya, məneələrə və təzyiqlərə məruz qalıblar.
Azərbaycan hökuməti bütün bu hallarda qanunsuz hərəkətlərin ayrı-ayrı şəxslər tərəfindən törədildiyini iddia edib öz siyasətini müdafiə edir. Onların iddiasına görə insan hüquqları müdafiəçilərinin həbs dalğasının arxasında siyasi motivlər görmək düzgün deyil.
Biz bu iddialarla razılaşmırıq. Siyasi fəallar və jurnalistlərlə uzun illərdi əməkdaşlıq edirik, və onları yaxşı tanıyırıq. Onlar cinayətkar deyillər.
Reallıqda isə represiyaya bəraət qazandırmaq üçün qanunun aliliyi pozulub- müxalif fikir irəli sürənlərə qarşı cinayət işləri açılıb, qeyri-hökumət təşkilatlarının fəaliyyətini məhdudlaşdırmaq üçün qanunlar tərtib edilib-dinc etirazçıları yatırmaq üçün polis qüvvələrindən istifadə edilib.
İnsan hüquqları təşkilatlarının demək olar ki, bütün tərəfdaşları saxlanılıb, fəaliyyətlərini dayandırmaq üçün təzyiqlərə məruz qalıb və ya hakimiyyətin onlara tutduğu divan nəticəsində ölkəni tərk etmişdirlər.
Bunu dayandırmağın vaxtıdır və idman kömək edə bilər. Ən azından, idmançılar yarışacaqları ölkədə baş verən ictimai-siyasi hadisələrdən xəbərdar olmalıdırlar. Onlar bu məsələləri ev sahibliyi edən təşkilatlar və ya yerli idmançılarla qaldıra və hətta ədalətsiz həbs olanları dəstəkləmək məqsədilə öz populyarlıqlarından istifadə edə bilərlər.
Biz ümid varıq ki, onlar düzgün seçim edib, insan haqqlarının müdafiəsindən başqa bir işlə məşğul olmayan fəalların üzləşdiyi represiyaların qarşısını almaqda öz tövhələrini verəcəklər.
Michel Forst- insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə BMT-nin xüsusi məruzəçisi
Dunya Miyatoviç- Media azadlığı üzrə ATƏT-in nümayəndəsi
Nils Muyjnieks- Avropa Şurasının İnsan Hüquqları üzrə komissar