İDİ qanun pozuntuları haqda II hesabatını yaydı

“87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsinin 37 saylı məntəqəsində polis deputatlığa namizəd Zəka Şikarlının müşahidəçisinə təzyiq edib. Müşahidəçi məntəqədən uzaqlaşdırılıb. Polis məntəqədədir və prosesə nəzarət edir”

Source:


“87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsinin 37 saylı məntəqəsində polis deputatlığa namizəd Zəka Şikarlının müşahidəçisinə təzyiq edib. Müşahidəçi məntəqədən uzaqlaşdırılıb. Polis məntəqədədir və prosesə nəzarət edir”

Demokratik Təşəbbüslər İnstitutuna (İDİ) daxil olan informasiyalara görə müşahidəçilər tərəfindən aşağıdakı hüquq pozuntuları qeydə alınıb.

Təşkilatdan Meydan tv-yə daxil olan məlumatı təqdim edirik:

(Saat 10:00-16:00)

21 saylı Nəsimi Birinci Seçki Dairəsinin 1 və 2 saylı məntəqələrində karusel üçün gətirilən şəxslər foto görüntüyə alınıb.

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 25 saylı məntəqəsində seçicilərə işarələnmiş məlumatlar verilib. Müşahidəçi irad bildirib, MnSK üzvü isə müşahidəçini müdaxilə etməməyə çağırıb. 11 saylı məntəqədə isə 30 nəfərdən çox qeydiyyatı olmayan məcburi köçkün səs verib.

12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 30 və 23 saylı məntəqələrində baxça işçisi bağçadakı hər iki məntəqədə səs verib.

33 saylı Xətai Birinci Seçki Dairəsinin 13 saylı məntəqəsində karusel üsulu ilə səs verilir. Bununla bağlı video görüntü də var. Həmin xanımın bu məntəqədən öncə 12 saylı məntəqədə səs verdiyi deyilir.

20 saylı İmişli Seçki Dairəsinin 14 saylı məntəqəsində MnSK sədri topa qutuya bülleten atarkən qeydə alınıb.

71 saylı Masallı Kənd Seçki Dairəsinin 18 saylı məntəqəsində saat 14:58-ə qədər cəmi 42 nəfər seçici səs verib. Saat 15:20-də YAP-ın müşahidəçisi Təhmasib Muxtarovun cibindən 100-dən çox işarələnmiş çıxıb və həmin bülletenlər etibarsız saylmaq əvəzinə topa ilə qutuya atılıb. Komissiya üzləri ona mane olmayıblar, əksinə o, bu qanunsuzluğu qeydə alan digər müşahidəçiləri hədələyərək məntəqəni tərk edib.

87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsinin 37 saylı məntəqəsində polis deputatlığa namizəd Zəka Şikarlının müşahidəçisinə təzyiq edib. Müşahidəçi məntəqədən uzaqlaşdırılıb. Polis məntəqədədir və prosesə nəzarət edir.

5 saylı məntəqədə karusel davam edir. İcra başçısı Tahir Kərimli üçün karusel təşkil edib.

31 saylı İlxıçı kənd məntəqəsində komissiya sədri Fərzəliyev Rasim YAP-ın  müşahidəçilərinə və bələdiyyə üzvlərinə sərbəstlik verib. Amma müxalif namizədin maşahidəçisinə çəkilş aparamaq üçün icazə verməyib.

95 saylı Tərtər Seçki Dairəsinin 2 saylı mətnqəsində Şəhriyar Məcidzadənin müahidəçinin barmaq mürəkkəbinə baxmaq üçün yaxınlaşmasını bəhanə edirək barəsində akt tərtib ediblər.

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 30-31 saylı məntəqələrində saat 16:30 radələrində kütləvi şəkildə topa bülletenlərin qutuya atıldığı müşahidə olunub.

114 saylı Şəki Kənd Birinci Seçki dairəsinin 14 saylı məntəqəsində 2 növ bülletendən istifadə olunub. Seçicilərə verilən bülletenlərdə namizədlərə aid məlumatlar yoxdur.

71 saylı Masallı Kənd Seçki Dairəsinin 32 saylı məntəqəsində seçici siyahısında olmayan şəxslərin səs verməsi təmin edilib. Bülletenlər topa halında kəsilərək masa üzərində düzlüb.

63 saylı DSK-nın 3 saylı məntəqəsində saxtakarlığın kütləvi olduğu deyilir. Müşahdəçilərin hesablamalarına görə, seçkiyə 212 seçici gəldiyi halda, məntəqə sədri 340 nəfər elan edib.

33 saylı Xətai Birinci Seçki Dairəsinin 11 saylı məntəqəsində karusel üsulu ilə seçki aktivliyin artırılar. 32 saylı məntəqəsində isə seçki bülletenləri öncədən topa halda kəsilib.

Video görüntüdən göründüyü kimi məntəqə sədri bildirir ki, 100 ədəd kəsə bilər. Məntəqə müşahidəcisi Tural Cəfərov da məntəqədə qeydiyyatda olmayan seçicinin səs verdiyin bildirir.

21 saylı Nəsimi Birinci Seçki Dairəsində qadınlardan ibarət “karusel” üsulu ilə saxtakarlıq təşkil edilir. 10, 11, 29 saylı məntəqələrdə “karusel” davam edir.

18 saylı Nərimanov-Nizami Seçki Dairəsində 15-14-16 saylı seçki məntəqələrində yüzlərlə karusellə gəlmiş insan var. Hətta hazırda bayırda insanlar toplaşıb, onlar bir dəfə məntəqədə olub, artıq səs veriblər, amma məntəqənin həyətini tərk etmirlər. Pozuntular qeydə alınıb və görüntüləri yayımlanacaq. Dairənin 18 saylı məntəqəsində günün birinci yarısına kimi başqa dairədən olan 7-8 nəfər gəlib səs verib, saxtakarlıq edib. Məlum olub ki, onlar öncə 17-ci məntəqədə səs veriblər. Günün ikinci yarısında isə bu, kütləvi hal alıb.

Ana səhifəXəbərlərİDİ qanun pozuntuları haqda II hesabatını yaydı