IDI növbədənkənar parlament seçkiləri ilə bağlı qiymətləndirmə aparıb

IDI növbədənkənar parlament seçkilərinin sərbəst toplaşmaq hüququnun ciddi məhdudlaşdırıldığı bir zamanda keçirildiyini bildirib

Source: Meydan.TV


“MSK bu seçkidə rəsmən namizədliklərini irəli sürmüş şəxslər və partiyalar barədə ətraflı məlumat yaymır”

Demokratik Təşəbbüslər İnstitutu (IDI) 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərilərinin hansı əsaslarla elan olunması, seçkiöncəsi mühit, seçkilərə hazırlıq prosesi, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarları, həmçinin yerli və beynəlxalq qurumların azad və ədalətli seçkilərin keçirilməsi üçün təklif və tövsiyələrinin icra vəziyyətinə dair qiymətləndirmə aparıb.


IDI-nin yaydığı məlumat

da belə qeyd olunub.

IDI hesab edir ki, parlamentin buraxılması ilə bağlı qərar nə mövcud Konstitusiyanın tələbləri çərçivəsində verilib, nə də bu qərar verilərkən (demokratik təcrübənin tətbiqi baxımdan) beynəlxalq qurumların çağırışları nəzərə alınıb.

Sənəddə qeyd olunur ki, 2020-ci ilin fevral ayının 9-na təyin olunan növbədənkənar parlament seçkiləri də hakim partiyanın inzibati resursları mütləq istifadə etdiyi, real siyasi qüvvələr (iqtidar-müxalifət) arasında siyasi dialoqun yoxluğunun diktə etdiyi, əlverişsiz siyasi mühitdә baş verir.

IDI növbədənkənar parlament seçkilərinin sərbəst toplaşmaq hüququnun ciddi məhdudlaşdırıldığı bir zamanda keçirildiyini bildirib:

“Keçən dövr ərzində vətəndaş cəmiyyəti təşkilatlarının müstəqil fəaliyyəti iflic edilib və onların gələcək fəaliyyət imkanları qeyri-müəyyən vəziyyətə salınıb. QHT-lərə qarşı 2014-cü ildə açılmış cinayət işi hələ də açıq saxlanılır. Tanınmış vətəndaş cəmiyyəti təmsilçilərinin ölkədən çıxışına qadağa və sərhəd keçid mənətəqələrində əsassız yoxlamalar hələ də davam edir. Seçkiöncəsi meda mühitində əvvəllər də mövcud olan ağır vəziyyət davam edir, hər hansı pozitiv dəyişiklik baş verməyib. Məhkəmələr hakimiyyətin üçüncü müstəqil qolu və ədalətin bərpası institutu olmaqdan çıxaraq icra hakimiyyətindən tam asılı vəziyyətə düşüb. İslahat adı altında atılan addımlar, əslində, deklorativ xarakter daşıyır və məhkəmələrin müstəqilliyinin təmin edilməsi yönündə irəliləyiş baş verməyib. 2018-ci ilin əvvəlindən nümayəndəlik institutunun ləğvi də toplumu və xüsusilə də onun həssas təbəqələrini faktiki olaraq müdafiəsiz qoyub. Siyasi işlərə çıxan vəkillərin kollegiya üzvlüyü ləğv edildiyi indiki şəraitdə müxalif siyasətçilər seçki şikayətlərinin məhkəmələrdə hüquqi müdafiəsi zamanı vəkilsiz qalacaqlar”.

IDI hesab edir ki, Avropa Məhkəmələrinin silsilə qərarlarına baxmayaraq seçki qanunvericiliyi və təcrübəsinin Avropa Konvensiyasının tələblərinə uyğunlaşdırılması üçün tələb olunan islahatlar keçirilməyib:

“MSK əvvəlki müsbət təcrübədən fərqli olaraq bu seçkidə rəsmən namizədliklərini irəli sürmüş şəxslər və partiyalar barədə öz internet resursunda hələ ki ətraflı məlumat yaymır, yalnız komissiyanın iclaslarının sonunda ümumiləşmiş statistika verir. Ölkədə seçicilərin sayı ilə bağlı MSK-nın açıqladığı son rəqəmlə Dövlət Statistika Komitəsinin 2019-cu ilə açıqladığı 18 yaşı tamam olmuş səsvermə hüququ olan vətəndaşların sayı üst-üstə düşmür, təqribən 21 faiz – 2 140 098 nəfər fərq ortaya çıxır“.

Deputatların

Milli Məclis

in buraxılması üçün prezidentə etdikləri müraciəti İlham Əliyev qəbul edib və növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-na təyin edilib.

Demokratik Qüvvələrin Milli Şurası, AXCP, Demokratiya və Rifah Hərəkatı, Klassik Xalq Cəbhəsi, Xalq Partiyası seçkiləri boykot etmək qərarı verib.

Müsavat, ADP, Ümid, REAL partiyaları, D18, NİDA vətəndaş hərəkatları isə seçkilərdə iştirak edəcəklər.

Ana səhifəSiyasətIDI növbədənkənar parlament seçkiləri ilə bağlı qiymətləndirmə aparıb