Pozuntular əsasən hakim partiya və onun siyasətini dəstəkləyən və ya açıq loyal münasibət göstərənlər istisna olmaqla digər, xüsusilə də müxalf siyasi partiyalar və siyasi prtiyalar blokları və təşkilatlar adından namizədliyi irəli surulmuş şəxslərə qarşı baş verib
Demokratik Təşəbbüslər İnstitutu (İDİ) 1 noyabr Milli Məclis seçkiləri ilə əlaqədar Aralıq Hesabat yayıb. Meydan TV-yə daxil olan hesabatda qeyd edilir ki, seçkilərin texniki təşkilini təkmilləşdirmək üçün tədbirlər görülsə də, seçkilərin demokratik mühitinin yaradılmasında ciddi çətinliklər mövcuddur: “Seçki komissiyalarının tərkibi problemli məsələ olaraq qalır, çünki təcrübədə bu format, hökumət tərəfdarı olan qüvvələrə bütün səviyyələrdə həlledici üstünlük verir və seçki administrasiyasının tərəfsiziliyinə və qərəzsizliyinə olan etimadı sıfıra endirir. Seçicilərin siyahısı yenilənsə də, dövlət qurumları arasındakı seçici sayındakı fərq qalmaqdadır. Qarşıdan gələn seçkilər beynəlxalq qurumların və yerli ictimai-siyasi təşkilatların çağırışlarına baxmayaraq, hakim partiya ilə әsas müxalif qüvvələr və vətəndaş cəmiyyəti arasında dialoqun yoxluğu ilə səciyyәlənәn siyasi mühitdə cәrәyan edir. Parlament seckiləri öncəsi siyasi muhit, cağırışlara baxmayaraq siyasi və vicdan məhbusu kimi tanınan şəxslərin həbsdən azad edilməsi, habelə soz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı, ictimai – siyasi fəaliyyət imkanları ilə bağlı problemlər azad və demokratik qaydada seckilərin birinci mərhələsi ücün normal şəraiti təmin etməyib. Secki Məcəlləsinə son illərdə edilmiş məhdudlaşdırıcı əlavə və dəyişikliklər ölkədə secki təcrübəsinin təkmilləşdirilməsinə imkanlar yaratmayıb. Əksinə namizədlərin qeydiyyatı üçün yaradılan problemləri daha da dərinləşdirib və 1 noyabr seckilərində seçki komissiyalarının namizədlərin qeydiyyatından imtinası ilə bağlı qanunsuz qərarlar verməsi imkanlarını artırıb. Hazırda ölkə üzrə təxminən 46 secki dairəsində siyasi alternativsizlik muhiti mövcuddur”.
İDİ bildirir ki, namizədlərin irəli surulməsi və qeydiyyatı dövründə baş vermiş qanun pozuntuları 1 seckilərinin azad, ədalətli və demokratik keçiriləcəyini şübhə altına alıb.
Seçicilərin sayı ilə bağlı qeyri-müəyyənlik var
Hesabatın siyasi kontekst bölümündə bildirilib ki, parlamentdə təmsil olunan 11 partiyadan biri olan hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbəri hazırkı dövlət başçısıdır və bu partiya 125 yerlik ölkə parlamentində 69 deputatla çoxluq təşkil edir. Parlamentdə təmsil olunan sayca ikinci böyük qrup 42 müstəqil deputatdan ibarətdir ki, onlar da, adətən, səsvermədə hakim partiyanın tərəfində çıxış edirlər. Qalan 12 yeri on siyasi partiya tutmuşdur. Mövcüd parlamentdə 5 yer hal-hazırda boşdur. Müxalif siyasi partiyalar olan Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) 2010-cu il seçkilərində parlamentdə təmsil olunmaq imkanını itirib. 2009-cu ildə yaradılmış müxalif Respublikaçı Alternativ (REAL) Hərəkatının sədri və prezidentliyə namizədi İlqar Məmmədov 2013-cü ilin fevral ayından barəsində İHAM-ın dərhal azad olunmasıyla bağlı qərar olmasına baxmayaraq, hələ də həbsdə saxlanılır.
Hesabatın seçici qeydiyyatı bölümündə ölkə üzrə vahid seçicilər siyahısına
5093289
seçici daxil edildiyi qeyd olunub. Onların da 48,3 faizi kişi, 51,7 faizi isə qadınlardır: “Ancaq bu rəqəm Azərbaycan Respublikası Dovlət Statistika Komitəsinin acıqladığı rəqəmlə kəskin surətdə fərqlənir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata gorə, əhalinin (9 593 000) 6 715 400 – nün yaşı 18-dən yuxarıdır. Yəni əhalinin 70 faizi (49,78 faiz kişi, 50,22 faiz qadın) seçicidir. Ancaq MSK-nın acıqladığı rəqəmdən məlum olur ki, seçicilər əhalinin 53 faizini təşkil edir. Bununla da seçicilərin sayı ilə bağlı yuxarıda adı cəkilən orqanların acıqladığı rəqəmlərdə 17 faiz fərq ortaya cıxır. Seçkilərdə iştirak edən tərəflərin, yerli QHT-lər və media təmsilcilərinin, ATƏT/DTİHB-nin SMM-nın narahatlıqlarına baxmayaraq, yuxarıda adı çəkilən orqanlar bu uyğunsuzluqlara aydınlıq gətirməyiblər.
14 məntəqədə seçici siyahılarının vurulması gecikib
“37, 38, 39, 47, 48, 50, 57, 62, 63, 69, 75, 71, 70, 84, saylı seçki dirələrinin ərazisində yerləşən seçki məntəqələrində sentyabrın 26-na qədər seçici siyahıları vurulmayıb. Müşahidəçilər seçici siyahısı haqda məlumat ala bilmirlər”,-deyə hesabatda bildirilir. Ölkədəki siyasi şəraitlə bağlı sentyabrın 30-da AXCP sədrinin müşaviri, partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin Nərimanov rayonu ərazisində polis tərəfindən saxlanılaraq barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilməsi vurğulanıb: “Ölkə miqyasında sərbəst toplaşmaq azadlığı tam şəkildə məhdudlaşdırılıb, yalnız Bakı şəhərində yarımqapalı “Məhsul” stadionunda müxalif partiyaların bəzən mitinqlər keçirməsinə imkan verilir. Orada mitinq keçiriləndə isə həmin istiqamətdə hərəkət edən ictimai nəqliyyat vasitələrinin hərəkəti əvvəlcədən məhdudlaşdırır, mitinqə qatılmaq istəyənlərin qarşısında süni maneələr yaradılır, mitinqə gələnləri polis nümayişkaranə şəkildə videolentə alır və sonra həmin görüntülər əsasında vətəndaşlara təzyiq göstərilir. Müxalif siyasi partiyaların və müstəqil QHT-lərin bildirdiyinə görə hələ də bir çoxunun Bakıda ofis yerləri yoxdur və fəaliyyətləri regionlarda davamlı məhdudlaşdırılır. Həmçinin qapalı məkanlarda konfrans, dəyirmi masa və s. formatlarda ictimai toplantılar keçirmək demək olar ki, mümkünsüz hala gəlib və onlar ciddi maneçiliklərlə üzləşdikləri vurğulanır. Partiyalar institutsional olaraq funksionallıqdan çıxarılıb və onların sərbəst fəaliyyət göstərilməsinə hüquqi və faktiki mühit yoxdur. 2013-cü il seçkilərində əsas müxalif güc kimi özünü göstərən və rəsmi nəticələrinə görə ikinci olmuş Cəmil Həsənlinin rəhbərlik etdiyi Milli Şuranın və onun aparıcı qüvvəsi olan AXCP seçkillərin demokratik keçirilməsinə inamsızlığını ifadə edərək iştirakı baykot etmişdir. Seçkilərə start verildikdən sonra isə ADP də partiya formasında seçkilərdə iştirakdan imtina etdiyini bəyan etmişdir. Yaradılmış bütün çətinliklərə baxmayara ölkənin aparıçı müxalif siyasi qurumlarından sayılan Müsavat Partiyası və REAL Hərəkatı seçkilərdə iştirk etməyi qərara almışdır. 7 siyasi partiyanı özündə birləşdirən “Azadlıq-2015”, Ümid Partiyası, VHP və digər partiyalar da seçkilərdə fəallıq nümayiş etdirirlər. Həmçinin müxalif siyasi gənclər hərəkatlarından NİDA VH, D18 və AĞ Blok təmsilçiləri də seçki kampaniyasına qoşulub”.
İDİ hesab edir ki, pozuntular əsasən hakim partiya və onun siyasətini dəstəkləyən və ya açıq loyal münasibət göstərənlər istisna olmaqla digər, xüsusilə də müxalf siyasi partiyalar və siyasi prtiyalar blokları və təşkilatlar adından namizədliyi irəli surulmuş şəxslərə qarşı baş verib.
Secki Məcəlləsinin 55-ci maddəsində gostərilir ki, namizədliyini irəli surmüş şəxslərə bərabər şərait yaradılmalıdır. Lakin bəzi Dairə Secki Komissiyaları qeyd olunan maddənin tələblərinə əməl etməyərək , namizəd olmaq istəyən şəxslərə qarşı ayrı-seckilik numayiş etdirib. Namizədliyini irəli sürən (iqtidar partiyası və ya hakimiyyətyönlü olmayan) şəxslərdən qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb olunub, sənədlərin qəbulu və imza vərəqələrinin verilməsində müxtəlif problemlər yaradılıb.