İdeyalarını imkansızlığa qurban verən “Arabaçı TV” (VİDEO)

Əlilliyi olan insanların problemlərini efirdə müzakirəyə çıxaran “Arabaçı TV“. Televiziya həmin problemlərin həlli yollarını axtarır və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını təmin etməyə səy göstərir. Televiziyanın ideya müəlifi İlham Məhərrəmov deyir ki, ideya ağlına gəldikdən sonra ilk öncə kollektivi yığmaq lazım olur. Beləcə dostu Amid Həsənova zəng vurur və bir neçə yaxın adamla işə başlayır.

İlham Məhərrəmovun sözlərinə görə, əlilliyi olan şəxslərin ən böyük problemi onların işlə təmin olunmasıdır.

TV-nin ideya müəllifi „Arabaçı TV“nin rahat və çətin tərəflərindən danışır.

„Arabaçı TV“-nin videolarını çəkən və montaj edən Amid Həsənov deyir ki, TV daha çox ruhlandırıcı səpkidə verilişlər hazırlayır.

6 könüllü ilə çalışan „ArabaçıTV“-nin hədəfləri böyükdür. Cəmiyyətdə əlilliyi olan şəxslərə münasibəti dəyişmək, onlar üçün daha normal və əlverişli həyat tərzinin yaranmasını istəyir „ArabaçıTV“. Ətrafına əlilliyi olan insanların toplanması da artıq iş yerinin olması deməkdir. İlham Məhərrəmov maddi problemlərin olduğunu gizlətmir. Onu da deyir ki, xeyli maraqlı ideyaları var, ancaq sırf maddi imkanları olmadığından onları reallaşdıra bilmirlər.

Ana səhifəVideoİdeyalarını imkansızlığa qurban verən “Arabaçı TV” (VİDEO)