Az
ərbaycan ordusundan isə 3 əsgər şəhid olub
Avqustun 1-dən 2-nə keçən gecə cəbhənin Tərtər istiqamətində Azərbaycan və erməni silahlı bölmələri arasında baş vermiş şiddətli toqquşmanın təfərrüatları bəlli olub.
Ərazinin müdafiəsinə cavabdeh olan hərbçilərin apa -nın cəbhə xəttinə ezam olunmuş əməkdaşına verdikləri məlumata görə, avqustun 2-nə keçən gecə Azərbaycan hərbçilərinin Nəmirli kəndi istiqamətində həyata keçirdikləri preventiv tədbirlər nəticəsində
ərazidə diversiya-təxribat törətməyə hazırlaşan erməni bölmələri məhv edilib.
Belə ki, Azərbaycan hərbçiləri erməni silahlı bölmələrinin Nəmirli istiqamətində – səngərdən bir qədər kənarda düşərgə saldıqlarını aşkarlayıblar.
Düşərgəni aşkarlayan hərbçilərimiz qəfil hücuma keçərək, erməni xüsusi təyinatlılarının düşərgədəki 5 çadırını və nəqliyyat vasitələrini məhv ediblər. Atışmada düşmənin ümumilikdə 40 nəfərə yaxın itki verdiyi iddia olunur.
Döyüşdə Azərbaycan Silahlı Qüvvələri də 3 şəhid verib.
Hərbçilərin iddiasına görə, ermənilər hazırda həmin istiqamətə aparan bütün yolları bağlayıblar. Cəbhəyanı erməni kəndlərində təşviş müşahidə olunur.