İctimai yerlərdə pulsuz “Wi-FI” zonalar olacaq

Provayderlər iki ay müddətində pulsuz fəaliyyət göstərəcək

Source:

Provayderlər iki ay müddətində  pulsuz fəaliyyət göstərəcək

“Azərspace 1” telekommunikasiya peyki bu gün Avropa Oyunlarının bütün dünyaya yayımı üçün cəlb olunan 4 süni peykdən biri seçilib.


APA

-nın xəbərinə görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib ki, artıq peyk test prosesindən keçib.

Onun sözlərinə görə, bu gün istifadə üçün peyk tamamilə hazırdır.

Ə. Abbasov həmçinin əlavə edib ki, Avropa Oyunları ilə əlaqədar ictimai yerlərdə, bir çox parklarda, olimpiya kəndində, oyunlar ətrafında olan sahələrdə “wi-fi” zonalar istifadəyə veriləcək: “Bunların bir çox hissəsi əsasən operatorlar, provayderlər tərəfindən həyata keçiriləcək. Biz onlara əsasən bir güzəşt təklif edirik ki, 2 ay müddətində onların fəaliyyəti pulsuz həyata keçirilsin, sonradan isə onları ödənişli olaraq həyata keçirə bilərlər”.

Ana səhifəXəbərlərİctimai yerlərdə pulsuz “Wi-FI” zonalar olacaq