İctimai yerlərdə dini təbliğata görə cəzaların müəyyənləşdirilməsi təxirə salınıb

Sanksiyalar müvafiq olaraq 3 000 manatdan 10 000 manata qədər cərimə, yaxud ömürlük azadlıqdan məhrumetməyə qədər cəzalardan ibarətdir

Source:
foto Meydan TV
foto Meydan TV
foto Meydan TV
foto Meydan TV


Sanksiyalar müvafiq olaraq 3 000 manatdan 10 000 manata qədər cərimə, yaxud ömürlük azadlıqdan məhrumetməyə qədər cəzalardan ibarətdir

Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş dəyişikliklə əlaqədar Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklərin müzakirəsi növbəti dəfə təxirə salınıb.

APA-nın məlumatına görə, MM-in sədri Oqtay Əsədov bildirib ki, müvafiq komitə sədrləri bu məsələnin növbəti iclasda müzakirəyə çıxarılması barədə razılığa gəliblər.

Qeyd olunan məsələlər ictimai yerlərdə, ibadətgahlardan kənarda dini ayinlərin təşkili, dini ayinlərin və mərasimlərin əcnəbilər tərəfindən keçirilməsi, dini ekstremist materialların hazırlanması, dini fanatizm zəminində terrorçuluq, dini zəmində ayrı-seçkilik, dini ekstremizm əleyhinə əməliyyatların aparılması zamanı tələblərin pozulması və s. ilə bağlı sanksiyalardır. Sanksiyalar müvafiq olaraq 3 000 manatdan 10 000 manata qədər cərimə, yaxud ömürlük azadlıqdan məhrumetməyə qədər cəzalardan ibarətdir. Hər iki məcəllədə nəzərdə tutulan sanksiyalar sentyabrın 8-də komitə iclaslarının gündəliyinə salınıb və sonradan gündəlikdən çıxarılıb. Oktyabrda məsələ komitələrin gündəliyinə yenidən salınaraq MM-in bu gün keçirilən plenar iclasında müzakirəyə tövsiyə edilmişdi.

Ana səhifəXəbərlərİctimai yerlərdə dini təbliğata görə cəzaların müəyyənləşdirilməsi təxirə salınıb