Nazirlər Kabineti

Mənbə: Foto: google.az

Başlıq: Nazirlər Kabineti

İctimai-iaşə müəssisələrində iş müddəti dəyişir

Məqalə yeniləndi:  21 Mart 2020

Onlayn sifarişlər qəbul olunacaq

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş müddəti martın 22-dən başlayaraq səhər saat 09.00-dan 15.00-dək müəyyən edilir.

Məlumatı Nazirlər Kabineti yanında operativ qərargah yayıb. Bildirilir ki, ictimai iaşə müəssisələri saat 21.00-dək onlayn sifarişlər əsasında məhsullarını ünvanlara çatdıra və vətəndaşlara evə götürmək üçün qida sata bilərlər.

“Məqsəd vətəndaşlarının təmas imkanlarını minimuma endirmək, eyni zamanda zəruri qidalanma imkankarını da saxlamaqdır. Qaydanı pozan müəssisələr sərt şəkildə cəzalandırılacaqlar”, - qərarda deyilir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  21 Mart 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/1uvwxa

Ən çox baxılan