İctimai fəalın saxlanıldığı bildirilir

Sara Rəhimova – Foto: Şəxsi Facebook səhifəsi

Onun hansı bölməyə aparıldığı və saxlanılma səbəbi bilinmir

İctimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının idarə heyətinin üzvü Sara Rəhimovanın polis tərəfindən saxlanıldığı bildirilir.

İctimai fəalın özünün bildirdiyinə görə, hazırda o, bölməyə aparılır.

Sara Rəhimovanın “Gənclik” adlanan ərazidə saxlanıldığı ehtimal edilir. Onun hansı bölməyə aparıldığı və  saxlanılma səbəbi bilinmir. Hazırda onunla əlaqə qurmaq mümkün deyil.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəSiyasətİctimai fəalın saxlanıldığı bildirilir