İctimai fəal sərbəst buraxılıb

Sara Rəhimova – Foto: Şəxsi Facebook səhifəsi

O, hələlik saxlanılmasının səbəbləri barədə açıqlama verməyib

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının idarə heyətinin üzvü Sara Rəhimovanın sərbəst buraxıldığı bildirilir.

Bu barədə onun yaxınları məlumat yayıblar.

Ötən gün ictimai fəalın polis tərəfindən saxlanıldığı bildirilirdi.

İctimai fəalın özü bildirmişdi ki, o, bölməyə aparılır.

Sara Rəhimovanın “Gənclik” adlanan ərazidə saxlanıldığı ehtimal edilirdi. Onun hansı bölməyə aparıldığı və saxlanılma səbəbi bilinmirdi.

Hələlik, Sara Rəhimova saxlanılmasının səbəbləri barədə açıqlama verməyib.

Azərbaycanda işçi hüquqlarını müdafiə etmək məqsədilə 2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü-  Konfederasiyanın sədri Afiəddin Məmmədov və üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucovhazırda həbsdədir. Onlar müxtəlif ittihamla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.

Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Ana səhifəSiyasətİctimai fəal sərbəst buraxılıb