İcra Hakimiyyəti: “Sumqayıt ekoloji cəhətdən ən təmiz şəhərlərdən birinə çevrilib”

Foto: Sumqayıt Şəhər İcra Hakimiyyəti

Sumqayıt Şəhər İcra Hakimiyyəti Meydan TV-də yayımlanan fikirlərə irad bildirdi

“Son illər Sumqayıt şəhərinin ekoloji cəhətdən təmiz şəhərə çevrilməsi istiqamətində mühüm layihələr reallaşdırılıb. Yeni sənaye müəssisələrinin istifadəyə verilməsi zamanı da ekoloji məsələlərə xüsusi diqqət yetirilir”.

Bu fikirlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Meydan TV-də yayımlanan “Sumqayıt dünyanın 10 ən çirkli şəhəri siyаhısınа dахil еdilib” adlı reportaja münasibətində yer alıb.

İcra hakimiyyətinin Meydan TV-yə göndərdiyi açıqlamada deyilir ki, görülmüş işlər nəticəsində bu gün Sumqayıt şəhərinin ekoloji vəziyyəti ötən illərlə müqayisədə xeyli yaxşılaşıb. Ekoloji cəhətdən ən təmiz şəhərlərdən birinə çevrilib.

Reportajda Sumqayıtlı eko-aktivist Elmir Abbasovun fikirləri yer alıb, eləcə də “Ekofront” təşkilatının Sumqayıtın təmizliyi istiqamətində aparılan işlərdən danışılıb.

İcra hakimiyyətinin mətbuat xidmətinin göndərdiyi açıqlamada isə bildirilir ki, reportajda аdıçəkilən təşkilаt Sumqаyıtdа hеç bir mоnitоrinq аpаrmаyıb və yаlnız Sоvеt İttifаqı dövründəki аrqumеntlərdən, məlumаtlаrdаn istifаdə еdib.

“Daha öncə aparılan arаşdırmаlаr zаmаnı məlum оlub ki, “Blаcksmith Institutе” hеsаbаtındаkı şəkilləri və bəzi rəqəmləri “Аzеrbаijаn Intеrnаtiоnаl” jurnаlının 1994-cü ildə Sumqаyıtın еkоlоji vəziyyətinə dаir çаp еtdirdiyi məqаlədən götürüb. Qeyd edək ki, həmin məqаlədən götürülən fаktlаrın özü də təhrif оlunub”.

“Görülmüş işlərlə yanaşı, həllini gözləyən bir sıra məsələlər də mövcuddur. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə “Ekoloji problemlər və onların həlli yolları” mövzusunda davamlı olaraq tədbirlər keçirilir”, – açıqlamada bildirilir. Qeyd olunur ki, tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi sisteminin müasir standartlara cavab verən tərzdə qurulması və idarə edilməsi, ekoloji məsələlərlə bağlı şəhər ictimaiyyətini narahat edən məsələlər ətrafında müzakirələr aparılır:

“Müzakirələr zamanı qeyd olunan problemlərin aradan qaldrılması üçün qarşıda duran vəzifələr və hədəflər müəyyənləşdirilir.

Eyni zamanda Sumqayıt şəhərində məişət tullantılarının idarəedilməsi və emalı ilə əlaqədar olaraq layihə hazırlanıb. Bərk məişət tullantılarının emalı müəssisəsinin tikintisi üçün layihə aidiyyəti dövlət qurumlarına təqdim olunub”.

Ana səhifəSosialİcra Hakimiyyəti: “Sumqayıt ekoloji cəhətdən ən təmiz şəhərlərdən birinə çevrilib”