İcra Hakimiyyəti Müsavat Partiyasının mitinqinə icazə verdi

“Mitinqdə “İnsan haqlarını qoruyaq!”, “Siyasi məhbuslara azadlıq!” şüarları qaldırlacaq. Üç min insanın iştirakını planlaşdırırq”

Source:


“Mitinqdə “İnsan haqlarını qoruyaq!”, “Siyasi məhbuslara azadlıq!” şüarları qaldırlacaq. Üç min insanın iştirakını planlaşdırırq”

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının dekabrın 14-nə təyin etdiyi mitinqə icazə verib. Məlumatı “Turan İA”-a Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bildirib.

Mitinq mitinq bazar günü saat 15:00-dan 17:00-ya qədər “İnşaatçılar” metrosunun yaxınlığındakı keçmiş “Məhsul” stadionunda keçiriləcək.

“Mitinqdə “İnsan haqlarını qoruyaq!”, “Siyasi məhbuslara azadlıq!” şüarları qaldırlacaq. Üç min insanın iştirakını planlaşdırırq”, – deyə G.Aslanlı bildirib.

O, hər hansı qurumun xüsusi olaraq aksiyaya dəvət edilmədiyini bildirib. “Biz bütün siyasi partiyaları, ictimai qirimları, QHT-ləri, gənclər təşkilatlarını və ümumiyyətlə bütün vətəndaşları mitinqə dəvət edirik. İnsan haqları fundamental dəyərdir və hər bir şəxs bu dəyəri müdafiə etməlidir”,  – Müsavat başqanının müavini bildirib.

Ana səhifəXəbərlərİcra Hakimiyyəti Müsavat Partiyasının mitinqinə icazə verdi