Tank komandiri, hərbçi Cavid Çobanovun evi sökülüb. Qardaşı Coşqun Çobanov deyir ki, evin tikintisinə hələ 2013-cü ilin yayında başlasalar da, maddi imkansızlıq ucbatından tikinti yarımçıq saxlanılıb. O bildirir ki, qardaşı tikintiyə başlayanda sahə müvəkkilinə 400 manat da verib. Tikintiyə yenicə başlamışdı ki, özünü Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi kimi təqdim edən Abbas Nəbiyev onlara tikintini dayandırmağı, əks halda 2500 manat ödəməli olduğunu deyib.
Sabunçu Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, burada mətbuata cavab verən şöbə yoxdur.
Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.
Whatsapp nömrəmiz: +49 176 16263646