”İcra hakimiyyəti evimizi söküb, yerində ağac əkmək istəyir” (VİDEO)


Sumqayıtlılar icra başçısının müavininə etiraz etdilər

Aprelin 5-də Sumqayıt şəhərinin Çerkas küçəsinin sakinləri icra başçısının müavini Sahib Quliyevə etiraz ediblər. Səbəb icra hakimiyyətinin onların yaşadıqları ərazidə ağac əkməsidir. Sakinlər deyir ki, sənədləri qaydasında olan evlərini sökərək, yerində ağac əkmək istəyirlər. Halbuki  həmin sənədlərdə Sahib Quliyevin də imzası var.

Sumqayıt şəhər İcra Hakimiyyəti isə sakinlərin şikayətini əsassız hesab edir və həmin ərazinin kiminsə şəxsi mülkü olmadığını bildirir.

Ana səhifəVideo”İcra hakimiyyəti evimizi söküb, yerində ağac əkmək istəyir” (VİDEO)