İcra başçısının oğlu İlham Əsgərli 5,6 il azadlıqdan məhrum olundu

İlham Əsgərli 3 il avtomobildən istifadə edə bilməyəcək

Source:


İlham Əsgərli 3 il avtomobildən istifadə edə bilməyəcək

Mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əhliman Süleymanova 6 il, Səbail rayonunun icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərliyə isə 5,6 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb.

Prosesdə iştirak edən Meydan TV əməkdaşı bildirib ki, məhkəmənin hökmünə əsasən, hər iki şəxs 3 il avtomobildən istifadə edə bilməzlər.

“Mc Donalds’s”ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənanın ölümü ilə nəticələnən yol qəzası üzrə məhkəmə prosesi bir neçə aydır davam edirdi.  Yol qəzası ötən il sentyabrın 27-də baş vermişdi. İlham Əsgərlinin idarə etdiyi “Mercedes S500″ Zığ-aeroport yolunda Əhliman Süleymanovun idarə etdiyi ”Howo” markalı yük maşını ilə toqquşub. Həmin vaxt İlham Əsgərlinin sürücüsü Pərvin Fətullayev də maşında olub. Qəza nəticəsində İlham Əsgərli özü və Pərvin Fətullayev xəsarət alıb, Sənan Mirzəyev isə dünyasını dəyişib.

Ana səhifəXəbərlərİcra başçısının oğlu İlham Əsgərli 5,6 il azadlıqdan məhrum olundu